Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


20.05.2021  19:24 

Bu dəfə “Space”ə o, rəhbər təyin edildi





A+  A-

“Space” teleradio şirkətinin yeni rəhbəri məlum olub.
XəzərNews.az-ın News24.az-a istinadən məlumatına görə, bu vəzifəyə Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov təyinat alıb. O, bu gün kollektivə təqdim edilib.

Qeyd edək ki, ssenarist, kinoprodüser Müşfiq Mürşüd oğlu Hətəmov 2011-ci ildən 2019-cu ilədək “Azərbaycanfilm" kinostudiyasının direktoru olub. 2016-cı ildə Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb.

Xatırladaq ki, 2006-2021-ci illərdə “Space”in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb. May ayının 5-də isə “Space” teleradio şirkətinə Ülviyyə Mikayılova təyinat alsa da, beş gün sonra o, tutduğu vəzifədən istefa verib.

Xəbər 2372 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +