Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


30.11.2020  11:23 

Marketə gedən koronavirus xəstəsinə cinayət işi başlanıldı





A+  A-

Zərdabda marketə gedən koronavirus xəstəsi barədə cinayət işi başlanılıb.
Zərdab rayon prokurorluğundan XəzərNews.az-a verilən məlumata görə, Zərdab rayon sakini 1971-ci il təvəllüdlü Ağayev Səbuhi İlyas oğlu 19.11.2020-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 27.11.2020-ci il tarixdə Zərdab rayonu ərazisində ərzaq mağazasında rayon sakinləri ilə təmasda olaraq epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Zərdab rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Zərdab rayon Polis Şöbəsinə göndərilib. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Xəbər 1923 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +