Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


14.09.2020  10:17 

“Yüksəliş” imtahanında zəhərlənənlər evə buraxılıb





A+  A-

Həftəsonu “Yüksəliş” müsabiqəsinin imtahanı zamanı zəhərlənən şəxslərin hamısı xəstəxanadan evə buraxılıb.
Bu barədə XəzərNews.az-a “Yüksəliş” İctimai Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aliyə Əliyeva məlumat verib.

O qeyd edib ki, zəhərlənənlərin hamısı elə həmin gün 1 və 3 saylı xəstəxanaya yerləşdirilmişdi: “Bütün xəstələr ambulator rejimdə müalicə aldıqdan sonra evə buraxıldı. Hazırda xəstəxanada müalicəsini davam etdirən yoxdur. O cümlədən, “Çağrı” mərkəzimiz 1000-ə yaxın insanın hamısıyla bir-bir əlaqə saxladı. Hər kəsin vəziyyəti yaxşıdır.

Buna baxmayaraq, hazırda Qida Təhlükəsizliyi Agentliyindən ekspertizanın rəyini gözləyirik. Bu, bizim üçün bir məyusluq idi. Zəhərlənənlərin əksəriyyəti işçi və texniki heyət idi. İştirakçılar isə təqribən 20 faiz təşkil edirdi.

Ona görə ekspertizanın nəticəsini gözləyirik. Hazırda işçilərin hamısı işə çıxır. Biz digər imtahanlarımızı psixoloji məsələlərə görə yarımçıq saxlamalı olduq. Hazırda imtahanlar üzərində işləyirik”.

Xatırladaq ki, sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin saat 15:00-da başlayan ikinci imtahanında 24 mərkəzdən 5-ində qidadan zəhərlənmə halı qeydə alınmışdı.

Xəbər 2008 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +