Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


07.03.2017  15:16 

Ailələri kəlbəcərli girovlara məktub göndərdi





A+  A-

Girovlara çatdırılması üçün ailələrindən məktublar alınıb.
XəzərNews.az bildirir ki, bu haqda Modern.az-a 3 ilə yaxındır erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.

O qeyd edib ki, Qırmızı Xaç Komitəsindən atasının sağlamlıq durumu ilə bağlı hər hansı məlumat verilməyib:

“Allahın və Prezidentimizin ümidinə qalmışıq. Atamın ermənilərin əlində ölməsinə imkan verməyəcəyəm. 2015-ci ilin mart ayından Avropa Məhkəməsinə müraciət etmişik. Amma bir cavab verən, məsələyə baxan da yoxdur. Beynəlxalq qurumlar susur. Niyə? Bilmirəm!”

2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. Onlarla birlikdə olmuş Azərbaycan vətəndaşı Həsən Həsənov güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyevə “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər 2594 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +