Pul toplanmasa... Soydaşımızın cənazəsi ortada qalacaq
Ramil Usubovun Xocalıdakı ata evi - Video
Cəlilabadda 4 ton ot bağlaması yanıb
Onlar telefonda danışıblarmı?
Bir həftədə 1260-dan çox hava bombası...
Bu, açıq provokasiyadır - Bəyanat
“PEYK ZAVODU“nun 19 milyon vergi borcu var
Sürücülərin nəzərinə!
Bu peşə məktəbləri ilə bağlı yeni QƏRAR
Qırmızı diplomun xüsusi üstünlükləri varmı? - VİDEO


17.03.2024  18:45 

11 ay araq içib 1 ay oruc tutmaq olar?





A+  A-

Hər dəfə Müqəddəs Ramazan ayı başlayanda köhnə söhbətlər yenidən təzələnir: “Filankəs 11 ay araq içir. Guya 1 ay oruc tutanda dünya düzələcək?”

Hətta bir qədər irəli gedənlər də olur: “Onun orucu onsuz da qəbul olunmayacaq!”

Və heç kim də soruşmur ki, sən hardan bilirsən? Allahın vəkilisən?

Biz qulp qoymağı sevən adamlarıq. Ən yaxşı əməldə belə bir “pis” tərəf tapıb onu gözdən salmağı bacarırıq.

Şəxsən mən müqəddəs Həcc ziyarətinə gedən adamların daş-qalaq edildiyinin dəfələrlə şahidi olmuşam. “Arqument” isə həmişə var: “Niyə o pulu verib beş adamın qarnını doyurmursan?”

Və yenə heç kimin ağlına gəlmir ki, bu sualı dərisinin beş qəpiklik qiyməti olmayan müğənniyə beş milyonluq villa alan məmura, yaxud qeyri-sağlam rəqabət mühitində tenderləri qapazalayan iş adamına versin...

Yaşadığımız hər gün, hər ay dəyərlidir. Amma Ramazan ayının həyatımızda ayrıca yeri var. Buna görə də Ramazan ayına “Ayların Sultanı” deyirlər.

Artıq Ramazan ayı başlayıb. Biz dünyəvi dövlətdə yaşayırıq. Hər kəs öz inancında sərbəstdir. Hər kəsin inandığı kimi yaşamaq hüququ var. Lətifəsi insanlardan uzaq, Anadoluda məşhur bir atalar sözü var: “Hər qoyunu öz ayağından asırlar”.

İnsan günahı da, savabı da özü üçün qazanır.

Söhbəti çox uzatmağın mənası yoxdur. Sözümün canı var, tutaq ki, kimsə 11 ay araq içib 1 ay oruc tutur. Bunun bizə nə dəxli var? Həmin adam ilin 12 ayı, hətta hər gün araq içsə, bundan nə qazanacağıq? Ən azı ildə bir ay spirtli içkilərdən uzaq qalıb günahlarının bağışlanması üçün dua edirsə, bunun bizə nə ziyanı var?

Mən Ramazan ayında mənəvi kamilliyə yüksəlib pis əməllərə ömürlük tövbə edən adamlar tanıyıram. Hər kəsə öz səhvini düzəltmək üçün şans vermək lazımdır.

Yıxılana kötək vuranlardan yox, əppək verənlərdən olaq...

Seymur VERDİZADƏ

Xəbər 1067 dəfə oxunub.



09.02.2025  15:19 

Onlar telefonda danışıblarmı?

09.02.2025  14:13 

Sürücülərin nəzərinə!

08.02.2025  19:25 

Azərbaycanda zəlzələ oldu

08.02.2025  17:42 

Tələbə FTX binasına hücum edib


BÜTÜN XƏBƏRLƏR +