İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb


09.03.2022  14:09 

Prezident Emma Nikolsonu qəbul etdi





A+  A-

Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolsonu qəbul edib.

XəzərNews.az xəbər verir ki, Prezident İlham Əliyev bu il Azərbaycanla Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu məmnunluqla xatırladı, bu münasibətlə Böyük Britaniyanın Baş naziri Boris Conson tərəfindən ona ünvanlanmış səmimi məktubu xüsusilə qeyd etdi və özünün də Böyük Britaniyanın Baş nazirinə diplomatik münasibətlərimizin 30 illiyi münasibətilə səmimi məktub göndərdiyini dedi.

Dövlətimizin başçısı Azərbaycan ilə Böyük Britaniya əlaqələrinin yüksək səviyyədə olduğunu və strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini vurğulayaraq ölkələrimiz arasında qarşılıqlı inam və etimadın olduğunu qeyd etdi.

Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanın əsas ticarət tərəfdaşı və iqtisadiyyatımıza ən böyük sərmayə qoyan ölkə olduğunu bildirdi, iqtisadi, ticarət əlaqələrinin genişlənməsini, enerji sahəsində əməkdaşlıq və bu sahədə BP-nin ölkəmizdə uğurlu fəaliyyətini xüsusilə vurğuladı.

Prezident İlham Əliyev Böyük Britaniya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərməsini, xüsusilə şəhərlərin planlaşdırılması, minalardan təmizləmə və digər sahələrdə uğurlu fəaliyyətini qeyd etdi.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson diplomatik münasibətlərimizin qurulmasının bu il 30 illiyinin qeyd edildiyini məmnunluqla vurğuladı və bu münasibətlə Böyük Britaniya Baş nazirinin dövlətimizin başçısına ünvanlandığı məktuba diqqət çəkdi.

Baronessa Emma Nikolson iqtisadi, ticarət, enerji sahələrində ölkələrimiz arasında əməkdaşlıq və bu xüsusda BP-nin Azərbaycandakı fəaliyyəti və onun genişləndirilməsi, BP ilə ölkəmizin bərpa olunan enerji sahəsində əməkdaşlığının inkişaf etdirilməsi məsələlərinə toxundu.

İşğal dövründə ermənilərin şəhər və kəndlərimizdəki tarixi, mədəni, dini abidələri və tikililəri vəhşicəsinə dağıtdıqlarını, torpaqlarımızda vandallıq əməlləri törətdiklərini deyən Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın daxili imkanlar hesabına həyata keçirdiyi genişmiqyaslı quruculuq prosesi barədə məlumat verdi. Həmin ərazilərdə, ilk növbədə, infrastrukturun yaradılması, yollar, elektrik enerjisi, minalardan təmizləmə istiqamətində intensiv fəaliyyətin aparıldığını bildirdi.

Prezident İlham Əliyev ölkəmizin enerji siyasətində bərpaolunan enerjiyə xüsusi əhəmiyyət verildiyini, artıq bir çox xarici şirkətlərlə bu sahədə əməkdaşlığın qurulduğunu deyərək BP ilə də enerji sahəsindəki ənənəvi əməkdaşlığa əsaslanaraq bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladı.

Söhbət zamanı, ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin genişləndirilməsi, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Görüşdə regional məsələlər və Ukrayna ətrafında cərəyan edən hadisələr müzakirə olundu.

Xəbər 1181 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb

24.06.2024  13:28 

Sabahın havası AÇIQLANIB

24.06.2024  08:27 

Dağıstanda matəm elan olundu

23.06.2024  22:19 

Sabah bu rayonda qaz olmayacaq

23.06.2024  22:08 

Bir həyətdə iki ev yandı

23.06.2024  14:19 

Əməkdar rəssam vəfat edib -Foto

22.06.2024  13:17 

Xəzər dənizində zəlzələ olub

22.06.2024  13:15 

AzTV-nin strukturunda dəyişiklik

21.06.2024  16:03 

BDU-nun müəllimi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +