Sumqayıt sakinlərinin NƏZƏRİNƏ!
İrəvanın mərkəzində “Qarabağ” oxudular - VİDEO
500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Müəllimlərin nəzərinə!
Saxta içki hazırlayan azərbaycanlılar saxlanıldı -VİDEO
Tanınmış ekspert HƏBS EDİLDİ
143 milyonu yeyiblər, yüngül cəza istəyir
Millimizin kapitanı narkotikdən tanınmaz hala düşdü - VİDEO
Bu şəxslərin pensiyaları iki dəfə artırılacaq
Güneyli məktəblilərdən Azərbaycana DƏSTƏK


22.01.2025  14:59 

Bu kollecin “digər mallar“ aldığı “Safmeren LN 2024” şirkəti kimindir?





A+  A-

2 nömrəli Bakı Baza Tibb Kolleci "Safmeren LN 2024” şirkəti ilə satınalma müqaviləsi imzalayıb.

Şirkət kollecin "digər malların alınması" ilə bağlı keçirdiyi kotirovka sorğusunun qalibi seçilib.

Məlum olur ki, 2 nömrəli Bakı Baza Tibb Kolleci şirkətdən alacağı "digər mallar"a görə 19 050 manat ödəyəcək. Kollecin şirkətdən alacağı malların nədən ibarət olması bəlli deyil.

"Safmeren LN" şirkəti 5 aprel 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, İlham Məmmədov küçəsi, ev 10, mənzil 149-da yerləşir. MMC-nin qanuni təmsilçisi Çarçarov Elnur Rafiq oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.

Araşdırmalarımız zamanı məlum olub ki, Elnur Çarçarovun adına daha 3 şirkət var. Həmin şirkətlər aşağıdakılardır:

* "Asrol LL 2024” MMC
* "Zanbar RR” MMC
* "Samares LM” MMC

Bundan başqa, Elnur Çarçarovun bacısı Aynur Çarçarovanın adına 5 şirkət qeydiyyata alınıb. Bunlar "Avsom 2024” MMC, "Ayazen 2024” MMC, "Azeforn RN” MMC, "Simoder LM” MMC və "Kanera AS” MMC-dir.

Şirkətlər eyni tarixdə təsis olunsa da, fərqli hüquqi ünvanlarda qeydiyyatdadırlar. Adətən bu tip şirkətlərdən tender oyunlarında istifadə edilir./Qaynarinfo

Xəbər 1628 dəfə oxunub.




30.01.2025  15:37 

Müəllimlərin nəzərinə!

30.01.2025  11:51 

Cahit Bağçıdan vida paylaşımı


BÜTÜN XƏBƏRLƏR +