“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


27.09.2018  19:32 

“Whatsapp”dakı səsyazısı ilə bağlı - Nazirlikdən açıqlama





A+  A-

Son günlər "Whatsapp" mobil əlavəsində bir sıra qida məhsullarda ağır vərəm çöplərinin tapılması ilə bağlı yayılmış səs yazısına Səhiyyə Nazirliyi də münasibət bildirib.
XəzərNews.az nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhər baş ftiziatrı Yavər Şıxəliyev ölkədə vərəm əleyhinə aparılan tədbirlərlə bağlı məlumat verib:

“Ölkədə, o cümlədən, Bakı şəhərində mütəmadi vərəm əleyhinə tədbirlər həyata keçirilir. Vərəm xəstələri vərəm əleyhinə keyfiyyətli dərmanlarla pulsuz şəkildə tam təmin olunurlar. Vərəm müəssisələrinin material-texniki bazalarının vəziyyəti və bu müəssisələrin bronx-ağ ciyər xəstəliklərinin diaqnostik imkanları yüksək səviyyədədir. Bu müəssisələrdə ən müasir rentgen-tomoqrafik aparatlarla müayinələr və vərəmin tez aşkarlanması üçün möhtəviyyatların molekulyar-genetik səviyyədə bakterioloji müayinələri aparılır. Son nəticədə 2017-ci ildə Bakı şəhərində vərəmlə ilkin xəstələnmələrin səviyyəsi keçmiş Sovetlər birliyinə daxil olan ölkələrdən 4-5 dəfə aşağıdır. Bakı şəhərinin Yasamal və Nəsimi rayonlarında uzun illər aparılan vərəm əleyhinə tədbirlər nəticəsində ilkin xəstələnmənin səviyyəsi ölkəmizin digər bölgələrindən 4 dəfə aşağı düşüb.

Ona görə də Yasamal və Nəsimi, eləcə də ölkənin digər bölgələri haqqında xəstəliyin yayılması barədə yayılan yalnış informasiyalar əsassızdır. Belə qərəzli informasiyalar uşaq, yeniyetmə və gənclərin müayinələrdən yayındırılmasına xidmət edir. Hər il digər bölgələrdə olduğu kimi Yasamal və Nəsimi rayonlarında yüz minlərlə uşaq və yeniyetmə vərəmə görə profilaktik müayinələrə cəlb olunur. Onlar arasında vərəmə yoluxma və xəstələnmənin səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının göstəricilərindən qat-qat aşağıdır. Bizim ölkəmizdə vərəm xəstəliyinin epidemik vəziyyəti yoxdur və ola da bilməz”.

Xəbər 1298 dəfə oxunub.




23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +