Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


25.06.2019  16:58 

“Sovetski” sakinləri yenidən etiraza qalxdı: “Konpensasiyamız tam ödənilsin” + VİDEO





A+  A-

“Sovetski”də illərdir ki, söküntü işləri gedir. Burada sakinlərin də dərdi və istəyi dəyişməz olaraq qalır-kompensasiyanın miqdarı məsələsi...
Məlumat verək ki, “Sovetski” ərazisindən köçürmənin birinci mərhələsi 2017-ci ilin avqustunda başa çatıb. Bu prosesdə 4 min 300 ailə ərazidən çıxarılıb. Həmin ərəfədə bir neçə sakin etiraz etsə də sonda onlar da verilən 1500 manat kompensasiya ilə razılaşıb, evlərini tərk ediblər. Hazırda həmin sakinlər Bakının müxtəlif yerlərində məskunlaşıblar. Həmin köhnə evlərin yerində isə park salınıb.

2018-ci ildə “Sovetski”də söküntünün ikinci dalğası başlayıb. Ümumilikdə isə məlumata görə, 5 mindən çox yaşayış və qeyri-yaşayış obyektləri dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb.

Hazırda evləri sökülən və konpensasiyanı tam şəkildə ala bilməyən sakinlər yenidən etiraz edirlər.

XəzərNews.az-ın məlumatına görə, onlar bildirirlər ki, şəhərin bu ərazisində 1 kvadratmetr ərazinin qiyməti 2 min manatdan yuxarı olduğu halda sakinlərə hər kvadratmetr sökülən əraziyə görə 1500 manat, bəzi hallarda isə 700-800 manat konpensasiya verilib. Buna qarşılıq olaraq sakinlər haqlarının tapdalanmasına qarşı çıxır və sökülən evlərinə görə konpensasiyanın düzgün verilməsini tələb edirlər.





Xəbər 3189 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +