Bakıda 16 yaşlı qız təhsildən kənarda qalıb?
“Şamaxinka”da tıxac aradan qaldırılacaq?
Özünü güllələyən DSX əsgərinin komandiri azadlıqda
“AzNar“ zavodu müflis olmaq təhlükəsi ilə üz-üzədir
Kiberpolis əməliyyat keçirdi, saxlanılanlar var
Hikmət Hacıyev Brüsseldə mühüm görüşlər keçirib
“Lake Hotel”dəki faciənin Mehdiyevlə nə əlaqəsi?
Tələbə xərçəngdən vəfat edib
Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub


12.10.2017  10:25 

YAP-ın yeni sədri Yardımlıda etiraza səbəb oldu: “Bu adam rayonu talamaqla məşğuldur“





A+  A-

Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Mirzəyevin bir neçə gün öncə rayonda Yeni Azərbaycan Partiyasının sədri seçilməsi etirazla qarşılanıb. Belə ki, bir qrup YAP üzvü Mirzəyevin sədrliyinə qarşı çıxıblar.
Bu barədə Yardımlıdan məlumat verilib. Bildirilir ki, icra başçısının müavini kimi müsbət imici olmayan bir şəxsə daha bir vəzifənin verilməsi anlaşılan deyil: "Bu qərarı verənlər yanılırlar. Mahir Mirzəyevin kim olduğu hamıya bəllidir. Onu öz şəxsi maraqları xatirinə hörmətə midirən keçmiş başçı Sevindik Hətəmov oldu. Bu adam rəsmən rayonu talamaqla məşğuldur. Biz bununla bağlı ölkə başçısına və YAP rəhbərliyinə müraciət edəcəyik".

Şikayətçilər ümid edirlər ki, bu yanlış qərar tezliklə ləğv ediləcək və Mirzəyev etdiyi əməllərə görə vəzifəsindən uzaqlaşdırılacaq.

Mahir Mirzəyev uzun illərdir ki, Yardımlı rayonunun icra başçısın müavini vəzifəsində açlışır və bir neçə icra başçısı ilə işləyib. Onun haqqında mediada apardığımız araşdırmalar da müsbət olmadı. Hətta onun böyük biznes şəbəkəsinin və obyektlərinin olduğu da qeyd olunur. Mediada dərc olunan həmin faktların bəzilərini ixtisarla dərc edirik:

1. Rayon mərkəzində sovet dönəmində "Universam" kimi fəliyyət göstərən sonradan "Şəhriyar" şadlıq evi olanda Suleyman Mikayılov icra başçısı işlədiyi dövrdə özəlləsdirilir və cox qalmaqallı prosesdən sonra Mahir Mirzəyevin xüsusi mülkiyyətinə daxil olur. Rayonda bu obyektin Süleyman Mikayılova aid oldugu bildirilsə də, yalan məlumatdır sadəcə Süleyman adı altında cox iri məbləg müqabildə Mahir oranı çatışa çıxarılıb lakin alan yoxdu çünki özündən başqa rayonda imkanlı adam olmadıgı üçün...
2. Rayonun girişində yanacaqdoldurma məntəqəsi var sürücüsünün qardaşı işlədir.
3. Rayon mərkəzində kohnə maliyyə binasının yeri ona məxsusdur.
4. Rayon Meşə idarəsi bu günə kimi icarə formasında binada oturur. Həmin binanın sahibidə Mahir Mirzəyevindir. Şəxsən dayısının adına sənədləşdirib və meşə idarəsindən hər ay haqq alır.
5. Rayonun Avaş kəndi yaxınlıgında iri qoyunçuluq və maldarlıq ferması.
6. Rayonun Deman kənd ərazisində 100 hektarlarla yararlı torpaq sahəsi var ki orda da bugda və arpa əkini ilə məşguldur.
7. İki şadman tipli Kamaz, KON tipli texnika və xırda belarus var ki rayonda tikinti işlərinə cəlb edib icarə haqqı alır.
8. Rayon musiqi məktəbinin köhnə binasının yeri...
9. Keçən il inşasına başladıgı artıq bitmək üzrə olan villa. Həmin villanın çardagı belə yüz minə dəyər nəinki evin qiyməti.
10. Dəyəri 100 min manata olan Land Qruzer markalı şəxsi avtomobil və s.

Məsələ ilə bağlı gün ərzində Mahir Mirzəyevlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. (arqument.az)

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Xəbər 3178 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.11.2025  09:32 

Tələbə xərçəngdən vəfat edib

27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +