Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq
İcra başçılarının milyonlar köçürdüyü şirkət kimindir?
Şəfəq Novruz bu paylaşımı ilə diqqət çəkib
TDT media və informasiya üzrə işçi qrupunun iclası keçirilib
Gələn il pensiyalar nə qədər artacaq?


25.11.2025  15:47 

Xəstəlik zamanı immuniteti gücləndirmək mənasızdır - Həkim





A+  A-

Allerqoloq–immunoloqu Ekaterina Belova xəstəlik vaxtı immuniteti “gücləndirməyin” təsirli olmadığı barədə yayılan məşhur mifi təkzib edib.

XəzərNews.az xəbər verir ki, o, Lenta.ru-ya müsahibəsində kəskin respirator virus infeksiyaları və qrip zamanı immun sisteminin necə işlədiyini izah edib.

Belovanın sözlərinə görə, xəstəlik dövründə immuniteti gücləndirmək yalnız immun çatışmazlığı olan insanlarda nəticə verir. “Bu kimi ağır vəziyyətlər kompleks və mərhələli müalicə tələb edir, eləcə də xoşagəlməz yan təsirlərlə müşayiət oluna bilər. Buna baxmayaraq, risklər əsaslıdır, çünki immun çatışmazlığı həyat keyfiyyətini ciddi şəkildə pisləşdirən təhlükəli durumdur”, – deyə həkim bildirib.

Mütəxəssis vurğulayıb ki, əksinə, tez-tez soyuqdəymə və ya respirator infeksiyalara yoluxmaq immun sisteminin sağlam işləməsinin göstəricisi ola bilər. Onun sözlərinə görə, qızdırma, öskürək, burun axması kimi simptomlar bədənin aktiv immun reaksiyasını göstərir. “Qızdırma virusun çoxalmasını ləngidir, selik isə patogenləri orqanizmdən xaric edir. Bədənə bu prosesləri tamamlamaq üçün zaman lazımdır: adətən ARVI-dan sağalma 7–10 gün çəkir və bu tamamilə fizioloji normadır”, – Belova qeyd edib.

Həkim əlavə edib ki, sağlam immun sistemini əlavə vasitələrlə gücləndirməyə çalışmaq yalnız lazımsız deyil, həm də elmi əsaslara söykənmir.

Xəbər 1557 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +