Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq
İcra başçılarının milyonlar köçürdüyü şirkət kimindir?
Şəfəq Novruz bu paylaşımı ilə diqqət çəkib
TDT media və informasiya üzrə işçi qrupunun iclası keçirilib
Gələn il pensiyalar nə qədər artacaq?


21.11.2025  11:59 

Gəncə və Göygöldə saxta araqlar aşkarlandı – REYD





A+  A-

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə və Göygöl rayonlarında ticarət obyektlərində apardıqları nəzarət tədbirləri zamanı bir sıra mağazalarda saxta alkoqollu içkilər aşkarlayıb.

XəzərNews.az AQTA-ya istinadla xəbər verir ki, yoxlamalar zamanı satışda müşayiətedici sənədləri olmayan, qablaşdırılması və etiketlənməsi şübhə doğuran, həmçinin açıq saxtalaşdırma əlamətləri göstərən müxtəlif marka altında araqlar müəyyən edilib. Agentliyin məlumatına görə, həmin içkilərin başlıq hissələrinin kustar üsullarla yenidən butulkalara bərkidildiyi, etiketlərdə istehsalçı haqqında məlumatın göstərilmədiyi və saxta VÖEN istifadə olunduğu aşkarlanıb.

Saxta məhsullar aşağıdakı obyektlərdə müəyyən olunub:

– Gəncə şəhəri, Ş.İ.Xətai prospektində fiziki şəxs Abdullayev Azər Ələkbər oğluna məxsus mağazada “Naturel” və “Беленькая Водка”;

– Atatürk prospekti 83-də fiziki şəxs Ələkbərov Elgün Aydın oğluna məxsus mağazada “Ağsu”;

– Göygöl şəhəri, A.Kazımov küçəsində fiziki şəxs Aslanov Raqif Qədir oğluna məxsus “Əkizlər” marketdə “Organic Brand”;

– Göygöl rayonu, Quşqara kəndində fiziki şəxs Abbasov Elçin Ələddin oğluna məxsus “Çinar” marketdə “Premium Organic”, “Organic Росинка”, “Mypaва”;

– Aşıqlı kəndində fiziki şəxs Quluyev Cavid Şəmsəddin oğluna məxsus “Gilavar” marketdə “Organic Росинка”;

– Yeni Qızılca kəndində fiziki şəxs Abdullayev Elnur Şahvələd oğluna məxsus “BEH” marketdə “N1 Organic”.

Aşkarlanan faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Saxta içkilərin satışı dərhal dayandırılıb, məhsullar möhürlənərək saxlanca yerləşdirilib və nümunələr laborator müayinəyə göndərilib.

Hazırda araşdırmalar davam etdirilir.

Xəbər 735 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +