“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


29.12.2023  16:14 

İstanbulda cazibədar qış -FOTO





A+  A-

İstanbul qışda parıldayır. Gözəl qış mövsümündə şəhərin köklü tarixi, məşhur memarlıq inciləri, zəngin qastronomiyası, mədəniyyəti və alış-veriş təklifləri və heyrətamiz Bosfor boğazı bir başqa gözəlliyə bürünür . “Travel + Leisure” jurnalının “2024-cü ildə Səyahət etmək üçün Ən Yaxşı 50 Yer” siyahısında təyinat yeri olaraq tövsiyə edilən İstanbul hər bir ziyarətçi üçün müxtəlif xüsusi təcrübələr təqdim edir.

Tarixi kəşflər

Şərqi Roma və Osmanlı İmperiyalarının qədim paytaxtı İstanbul, zəngin tarixi və müxtəlif mədəni quruluşu ilə ziyarətçiləri ovsunlayan zamansız metropoldur. İstanbulun tez-tez parlaq və günəşli olan mülayim qış havası daha sakit bir atmosferdə tarixi bölgəni araşdırmaq üçün əla imkanlar yaradır. UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş görkəmli Ayasofya, Yerebatan Sarnıcı, Sultan Ahmet Camii və Topkapı Sarayı kimi hər bir səyahətçinin görməli olduğu memarlıq şah əsərlərinə ev sahibliyi edir.

Eksklüziv alış-veriş imkanları

Dünyanın ən əhəmiyyətli alış-veriş bölgələrindən biri olan İstanbulun tarixi bazarları, dükanlarla dolu küçələri, müasir ticarət mərkəzləri və lüks butikləri var. Orijinal alış-veriş səyahəti üçün, Kapalı Çarşı və Mısır Çarşısı başqa yerdə görə bilməyəcəyiniz unikal ətirləri və rəngləri özündə birləşdirir. Nişantaşı məhəlləsi və Bağdat küçəsi kimi yüksək səviyyəli alış-veriş məkanları eyni dam altında geyimdən aksesuara qədər məhsulları tapa biləcəyiniz bölgələrdəndir.

Köklü kulinariya ənənəsi

İstanbul tarixi bəzəmiş müxtəlif sivilizasiyaların təsiri altında canlı və müxtəlif kulinariya səhnəsinə malikdir. Siz MICHELIN Ulduzlu restoranlardan tutmuş türk və dünya mətbəxinin aparıcı ləzzətlərini təqdim edən ləzzətli yeməkxanalara qədər geniş çeşiddə təkliflə qarşılacaqsınız. Bu şəhər həm də heyrətamiz küçə yeməkləri ilə də məşhurdur. Şəhəri kəşf edərkən sizə bu qış təamlarından bəzilərini dadmağı tövsiyə edirik: İstiklal küçəsində qovrulmuş şabalıd və ya Vəfa məhəlləsində bir stəkan boza.

Xüsusi kəşf nöqtələri: Haliç və Fener

Tarixi Yarımadanın Qızıl Buynuz sahil xətti boyunca yerləşən Balat və Fener zəngin tarixi irsi və fərqli memarlığı ilə xüsusilə maraqlıdır. Tarixi bay pəncərəli evlərlə düzülmüş sıldırım küçələri olan Balat, son illərdə sürətli dəyişikliyə məruz qalıb və indi kafe və restoranlar, eləcə də auksionçular, dizayn və vintage butikləri, antik mağazaları və emalatxanalara ev sahibliyi edir. İstanbullular üçün Balat xüsusilə həftə sonları səhər yeməyi üçün məşhur məkandır.

Dünyaca məşhur Boğazın sehri

Hər fəsildə gözəl olan Boğaziçi qışda da gözəldir. İstanbula gəldiyiniz zaman Boğaza doğru enin və dünyanın ən gözəl şəhərlərindən birininin dəniz mənzərisinin dadını çıxarın. Tarixi məhəllələr və möhtəşəm malikanələr arasında bərə və ya qayıq turunda İstanbulun Anadolu Kavağı və ya Bebek kimi Boğaziçi boyunca mənzərəli bölgələrini görməklə tətilinizi daha da gözəlləşdirə bilərsiniz.



Xəbər 4048 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi

23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib


BÜTÜN XƏBƏRLƏR +