“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


28.10.2019  11:37 

Mikayıl Cabbarovdan monopoliya yaradanlara xəbərdarlıq





A+  A-

İqtisadi inkişafın, iqtisadi artım templərinin xüsusilə qeyri-neft sektorunda sürətləndirilməsi, kiçik və orta biznes üçün şəraitin daim təkmilləşdirilməsi, azad rəqabət mühitinin təmin edilməsi kimi vəzifələr qarşımızda durur.
XəzərNews.az xəbər verir ki, bunu AzTV-yə müsahibəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə İqtisadiyyat Nazirliyi öz işini müsbət bünövrə üzərində davam etdirəcək.

"Ölkəmizdə makroiqtisadi vəziyyətə nəzər salsaq, görərik ki, prinsip etibarilə müsbət göstəricilərimiz mövcuddur. Xarici borcumuz aşağı səviyyədədir. Makroiqtisadi sabitlik təmin olunub.

Artıq son 10 ay ərzində biz sürətlə qeyri-formal iqtisadiyyatın formal iqtisadiyyata, yəni "kölgə”dən "ağ”a çıxmaq meyillərini müşahidə edirik. Bunu yeni əmək müqavilələrinin, iş yerlərinin sayının artımında, vergi mədaxillərində, gömrük mədaxillərində, bir sıra digər iqtisadi amillərdə görürük”.

Nazir qeyd edib ki, maliyyə sektorunda, banklarda olan vəsaitlərin sürətli artımı müşahidə edilir.

M.Cabbarov iqtisadiyyatda olan çatışmazlıqlardan da danışıb və söyləyib ki, qarşıda yeni hədəflər var:

"Çatışmazlıqlarla mübarizə aparmaq, həmin hədəflərə nail olmağı İqtisadiyyat Nazirliyinin əsas vəzifəsi kimi görürük.

Həyata keçirdiyimiz işlərdə ana prinsip təmin edilmiş iqtisadi müstəqilliyin qorunub saxlanılmasıdır.

Başqa sözlə desək, Azərbaycan iqtisadiyyatının dövlətimiz qarşısında duran vəzifələrin həlli üçün zəruri olan resursları təmin etmək, yeni iş yerlərinin yaradılmasına xidmət etmək, əhalinin məşğulluğunu artırmaq, iqtisadi fəallığı artırmaq kimi hədəfləri var.

Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi həm dövlətin, büdcənin, həm də vətəndaşların imkanını artırır. Bu istiqamətdə də fəaliyyətimizi quracağıq”.

M.Cabbarov Azərbaycanda antiinhisar sahəsində problemlərin hələ də qaldığını vurğulayıb.

"Azad rəqabət nəyə görə vacibdir, nəyə görə bu təməl prinsipdir?! Çünki rəqabət olduğu şəraitdə biznesin məhsuldarlığı artır, istehlakçının hüquqları daha aydın şəkildə qorunur.

Artıq bazarda alıcı ilə satıcı arasındakı münasibət bir tərəfin diktəsinə əsasən deyil, tələb-təklif əsasında qurulur.

Bizim iqtisadiyyatda hələ də antiinhisar sahəsində problemlərlə rastlaşırıq”, - deyən M.Cabbarov əlavə edib ki, bu, özünü müxtəlif amillərdə büruzə verir:

"İlk növbədə qiymətlərin nizam-intizamının pozulmasında, bazara çıxışın məhdudlaşdırılmasında.

Ona görə də bizim başlıca vəzifələrimizdən biri antiinhisar orqanının fəaliyyətini gücləndirmək, onu zəruri olan mütəxəssislərlə təmin etmək, digər tərəfdən, çatışmayan qanunları qəbul etmək, mövcud olan qanunvericiliyin isə tətbiqini gücləndirməkdir”.

Nazir deyib ki, vergi siyasətini iqtisadiyyatın rəqabət qabiliyyətliliyi amili kimi qiymətləndirirlər.

"Düşünürəm ki, vergi siyasətinin əsas məqsədlərindən biri məhz iqtisadi imkanların genişlənməsindən ibarət olmalıdır, iqtisadiyyatın rəqabətliliyinə yönəlməlidir.

Bu, öz növbəsində iqtisadi inkişafın, iqtisadi fəaliyyətin, vergitutma bazasının genişlənməsinə gətirib çıxarır. Daha böyük iqtisadiyyatda müvafiq olaraq daha çox vergi mədaxili təmin edilə bilir.

Dövlət əmlakı, dövlət müəssisələri kimi mövzuya gəldikdə, burada da ilk növbədə qeyd olunmalıdır ki, dövlət mülkiyyətində olan bir çox müəssisələrin fəaliyyəti ümumilikdə iqtisadi fəallığa təsir edir.

Burada xüsusi ilə təbii inhisarları qeyd etmək olar. Bu, tək Azərbaycanda deyil, hər bir ölkənin iqtisadiyyatındadır.

İnfrastruktur təminatını, xidmətləri təmin edən qurumların tariflərinin dərəcələri, ölkədə iqtisadi fəallığın səviyyəsinə təsir edə bilir.

Bu mənada, inanıram ki, bizim müvafiq dövlət qurumları ilə, dövlətin mülkiyyətində olan şirkətlərlə işləyərək birgə qarşımızda duran vəzifələri uğurlu şəkildə həll edə biləcəyik.

Digər məsələ isə dövlətin mülkiyyətində olan əmlakın daha səmərəli istifadə etməklə iqtisadi siyasətə qoyulan məqsədlərə xidmət etməsi – bunun həm kiçik və orta biznesə olan təsiri, bunun həm ölkəyə cəlb edilən sərmayələrin, xüsusilə də xarici sərmayələrin hansı sektorlara cəlb edilməsinin alətlərindən istifadə etmək kimi imkanlar verir.

Qeyd etməliyəm ki, digər sahələrdə də olduğu kimi biz heç də öz işimizi sıfırdan başlamırıq. Son illər ərzində bütün sahələrdə işlər həyata keçirilib.

Bütün nailiyyətləri qoruyaraq o sahələrdə ki çatışmazlıqlar var, o sahələrdə ki təkmilləşmələrə ehtiyac var, işləyərək həyata keçirəcəyik”.

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Xəbər 1693 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +