“Grand Motors”dan 200 minlik oğurluq
Sabahın havası açıqlandı
11 yaşlı qıza seksual hərəkət edən ilahiyyatçıya hökm oxundu
AZAL-dan aviabiletlərin bahalaşması ilə bağlı AÇIQLAMA
Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir?
Qadınlar işləməsin deyən Fərhad Pərvizini qadınlar işdən çıxardı
Tanınmış şirkətdə 2 milyonluq YEYİNTİ
İtkin düşən qızın ailəsi: “Dedi ki, daha sənin kimi anam yoxdur“
Səs yazısı yayılan direktor işdən ÇIXARILDI
Arvad ərini bıçaqlayaraq öldürdü


19.11.2019  11:07 

Avtomobillərə plyonka qadağası qanundan çıxarılacaq?





A+  A-

“Avtomobillərdə arxa və yan şüşələrində pərdə olan sürücülər inzibati qaydada cərimələnməyəcəklər. Amma bu qadağanın ləğv olunması ilə bağlı hələ qərar yoxdur”.
XəzərNews.az xəbər verir ki, bu barədə Modern.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının üzvü Çingiz Qənizadə bildirib.

Onun sözlərinə görə, noyabrın 14-də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov yerlərə telefonoqram göndərib və qadağanın dayandırılmasını əmr edib. Lakin deputat qeyd edib ki, nə qədər ki, ”Yol hərəkəti haqqında" Qanundan pərdə və plyonkalarla bağlı qadağanı ehtiva edən maddə çıxarılmayıb, bu qadağa istənilən vaxt tətbiq edilə bilər.

“Hazırda müvafiq qurumlar bu qanunun üzərində işləyirlər. Ümid edirəm ki, yaxın günlərdə qanunda dəyişiklik olacaq, arxa və yan şüşələrə pərdə və plyonkaların vurulması ilə bağlı qadağalar götürüləcək. İstəyirəm ki, bu qərar ləğv olunsun. Bu qadağanın qoyulması yanlışdır. Ola bilər 15-20 il öncə bu, cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində lazım idi. Çünki ölkədə durum fərqli idi, indi zaman dəyişib. Cənab prezident turizmin inkişafı ilə bağlı mövqe ortaya qoyub, turistlər gəlir. Biz o turistləri başa sala bilmərik ki, hansı ayda jalüzlərdən istifadə etmək olar, hansı ayda yox. Turistə necə demək olar ki, bizdə aprelin 30-da maşında plyonka qadağandır, mayın birində isə olar. Avropa Komissiyasının qərarına görə, arxa yan şüşələrə pərdə vurulması sürücünün öhdəsinə buraxılır. Belə olan halda biz nəyə görə qadağalar qoymalıyıq? Biz Avropaya inteqrasiya ediriksə bu qadağanı ləğv etməliyik. Hər il 100 minə yaxın sürücü bu qadağaların təsiri altına düşürdü. Mən bu qadağanın ləğvinin tərəfdarıyam. Bir daha qeyd edirəm ki, əgər qeyd olunan şüşələrin tündləşdirilməsi yol hərəkəti təhlükəsizliyi səviyyəsini aşağı salsaydı öncə Konvensiyaya qoşulan ölkələr bunu qadağan edərdi", - deyə Ç.Qənizadə bildirib.

Xəbər 5044 dəfə oxunub.



05.08.2025  14:06 

Sabahın havası açıqlandı

05.08.2025  14:01 

19 aptekdə nöqsanlar aşkarlandı

05.08.2025  11:34 

Polis 41 kq narkotik aşkarlayıb

05.08.2025  11:08 

Sabiq deputata yeni vəzifə verildi

05.08.2025  10:31 

41 dərəcəyədək isti var


BÜTÜN XƏBƏRLƏR +