Sabahın havası açıqlandı
11 yaşlı qıza seksual hərəkət edən ilahiyyatçıya hökm oxundu
AZAL-dan aviabiletlərin bahalaşması ilə bağlı AÇIQLAMA
Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir?
Qadınlar işləməsin deyən Fərhad Pərvizini qadınlar işdən çıxardı
Tanınmış şirkətdə 2 milyonluq YEYİNTİ
İtkin düşən qızın ailəsi: “Dedi ki, daha sənin kimi anam yoxdur“
Səs yazısı yayılan direktor işdən ÇIXARILDI
Arvad ərini bıçaqlayaraq öldürdü
41 dərəcəyədək isti var


27.03.2019  18:45 

Bakıda 14 yaşlı qızın qarnından kişi orqanları çıxarıldı





A+  A-

Bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının mütəxəssisləri maraqlı və mürəkkəb bir əməliyyata imza atıblar.
XəzərNews.az-a daxil olan məlumata görə, 14 yaşlı qız tam formalı “testikulyar feminizasiya” diaqnozu ilə Klinikaya müraciət edib. Yəni, xaricdən qadın olan bu pasiyentin daxili orqanları kişi cinsinə aid olub.

Klinikanın baş həkimi Ramiz Poluxov bildirir ki, uşaq 2 yaşında ikən ikitərəfli yırtıq əməliyyatı keçirib. Uşaqda ilk narahatlıq 3 yaşında süd vəzilərinin böyüməsi ilə başlayıb: “Ultrasəs müayinəsi zamanı bəlli olub ki, körpənin bətnində yumurtalıq və uşaqlıq yoxdur. Müayinə nəticəsində ona “testikulyar feminizasiya” diaqnozu qoyulub. 2018-ci ildə isə xəstənin çanaq boşluğunun maqnit rezonans tomoqrafiyası zamanı intraabdominal (qarın boşluğunda) maliqn transformasiyalı xayaların olduğu müəyyən edilib”.

Xəstə müalicə üçün ATU-nun Tədris Cərrahiyyə Klinikasına göndərilib. Cərrah R.Poluxovun sözlərinə görə, müayinə zamanı xəstənin fenotip olduğu təsdiqlənib. Yəni, xarici görünüşünə görə tam qız olan bu pasiyentdə inkişaf etmiş süd vəziləri və xarici cinsiyyət üzvləri olub. Lakin daxildə uşaqlıq və yumurtalığı yoxdur, yalnız 3-4 sm-lik infantil uşaqlıq yolu olduğu müəyyənləşib. Lakin genotip olaraq xəstə 46XY geninə aid tam oğlandır.

Bu xəstədə laparoskopik üsulla orxioektomiya əməliyyatı aparılıb. Onun qarın boşluğunda yerləşən hər iki xaya çıxarılıb. Xaric olunmuş xayalar histoloji müayinəyə göndərilib və in situ qonadoblastoma aşkar edilib.

Həkim qeyd edir ki, belə xəstələrə vaxtında və düzgün yanaşılmalıdır. Bəzən belə xəstələri “tüksüz qız” da adlandırırlar. Çünki onlarda ikincili cinsi əlamətlər - yəni, qasıq və qoltuqaltı tüklənmə ya olmur, ya da tüklər həddən artıq zərif olur. Əgər qız uşaqlarında iki tərəfli qasıq yırtığı qeyd olunursa, mütləq əməliyyatdan öncə abdominal ultrasəs müayinəsi aparılmalıdır ki, qeyd olunan patologiyaların olub-olmadığı müəyyən edilsin.

Xəbər 3184 dəfə oxunub.




05.08.2025  14:06 

Sabahın havası açıqlandı

05.08.2025  14:01 

19 aptekdə nöqsanlar aşkarlandı

05.08.2025  11:34 

Polis 41 kq narkotik aşkarlayıb

05.08.2025  11:08 

Sabiq deputata yeni vəzifə verildi

05.08.2025  10:31 

41 dərəcəyədək isti var

04.08.2025  18:36 

Sabunçuda narkokuryer TUTULDU


BÜTÜN XƏBƏRLƏR +