Rusiya Ukraynanın Atom Elektrik Stansiyasını vurub
8 yaşlı qızın bədənində siqaret söndürüblər?
Avtobusun qarşısından yolu keçəndə maşın vurdu
İstidən beyninə qan sızan kişi öldü
Bakıda baxımsız vəziyyətdə olan park niyə abadlaşdırılmır?
MAQATE nümayəndə heyəti Tehrana səfər edəcək
Ukrayna ordusunda fərarilərin sayı 400 mini yaxınlaşır
Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi
AZAL 1 saatlıq uçuş üçün 1282 manat alır!
Şahin Şıxlinski Moskvada könüllü təslim olub


31.07.2025  16:28 

“AzParking“in əməkdaşı döyüldü





A+  A-

Xətai rayonu, H.Salmani küçəsi 1 ünvanda yerləşən "Taç Store" mağazasının qarşısında "Azparking" MMC-nin parklanma xidmətinin İbrahim adlı bələdçisi döyülüb.

XəzərNews.az Qaynarinfo-ya istinadla xəbər verir ki, hadisədə "Dolça" firmasının Əli adlı ekspeditoru təqsirli bilinib.

Əli həmin vaxt avtomobilini "Tam Store” mağazasının qarşısında saxlayıb. Bələdçi buna irad bildirib. Tərəflər arasında mübahisə yaranıb və daha sonra əlbəyaxa davaya çevrilib. Daha sonra bələdçi Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə zəng edərək döyüldüyünü bildirib. Bundan sonra Əli saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işinə Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılıb. Məhkəmə prosesi zamanı məlum olub ki, tərəflər artıq barışıb və zərərçəkənin heç bir şikayəti yoxdur.

Məhkəmənin hökmü ilə hadisədə təqsirli bilinən "Dolça” firmasının ekspeditoruna aylıq qazancından 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu saxlanıldığı 2 gün müddət 1 günə 4 gün hesabı ilə təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 22 gün müddətinə islah işləri cəzası saxlanılıb.


Xəbər 201 dəfə oxunub.




04.08.2025  11:33 

6 aylıq uşaq infarktdan öldü

04.08.2025  11:29 

Nazir ona yüksək vəzifə verdi

04.08.2025  10:43 

Xaçmazda meşədə yanğın olub

04.08.2025  01:21 

Şabranda yanğın baş verib


BÜTÜN XƏBƏRLƏR +