Bu həftə sülh sənədi imzalanacaq?
Tender keçirmədən 5,8 milyonluq 7 satınalma müqaviləsi imzalandı
“Heç nə, yaşayıram” - Sabiq nazir
21 direktor işdən çıxarıldı
Panfarsçılar Pezeşkianı niyə hədəf alıblar?
Mixail Qusman Bakıya gəldi
Bakıda 40 dərəcə isti olacaq
Rusiya Ukraynanın Atom Elektrik Stansiyasını vurub
8 yaşlı qızın bədənində siqaret söndürüblər?
Avtobusun qarşısından yolu keçəndə maşın vurdu


22.01.2025  15:53 

Bakıda alıcı “Karaca Azərbaycan“da girov saxlanılıb?





A+  A-

Crescent Mall-da yerləşən "Karaca Azərbaycan" mağazasında satıcı və müştəri Ofelya Hümbətzadə arasında qalmaqal baş verib. Alıcı iki saata yaxın mağazada girov saxlanıldığını iddia edir.

XəzərNews.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.

O.Hümbətzadə bildirir ki, mağazadə olarkən, vitrinə düzgün yerləşdirilməyən tava yerə düşüb, mağaza meneceri isə ona qarşı kobud rəftar edərək, ödəniş tələb edib.Daha sonra onu və rəfiqəsini mağazada 1,5 saat girov saxlayaraq azadlıqlarını məhdudlaşdırıb:

“Yanvarın 20-də alış-veriş etmək üçün rəfiqəmlə Crescent Mall-da yerləşən "Karaca Azərbaycan" mağazasına daxil olmuşdum. Aşağıdakı məhsula baxdığım zaman, səhv yerləşdirilmə ucbatından yuxarıdakı tava yerə düşdü. Mağaza meneceri Mahirə xanım yaxınlaşaraq, kobud şəkildə "Məhsula ziyan vurduz, dərhal onu ödəməlisiz. Kassaya gəlin" dedi. İstehlakçı olaraq xanıma məhsulda öncədən hər hansı bir əzik olmadığını sübut edəcəyi halda ödəyəcəyimi bildirdim. Lakin xanım imtina etdi. Ona şöbədəki bir neçə məhsulda eyni əziklərin olduğunu göstərsəm də, xeyri olmadı. Əvəzində məni və yanımdakı şəxsi 1,5 saat mağazada girov saxlayaraq azadlığımızı pozdu".

Şikayətçi bildirib ki, yalnız Crescent Mall-ın meneceri Samirə xanım müdaxilə etdikdən sonra mağazanı tərk edə bilib. O, mağaza menecerindən şikayətçi olduğunu və məsələ ilə bağlı aidiyyəti orqanlara rəsmi şikayət məktubu ünvanladığını bildirib:
Məsələ ilə bağlı "Karaca Azərbaycan"la əlaqə saxladıq. Bildirildi ki, məsələ ilə bağlı araşdırma aparıb məlumat verəcəklər.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə Bakupost.az-a açıqlamasında bildirib ki, bu kimi məsələlərdə qanunvericilikdə müəyyən boşluqlar mövcuddur:
“İstehlakçılardan bu kimi şikayətlər gələndə biz dövlət orqanlarına, İqtisadiyyat Nazirliyinə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edirik. Onlar cavab verirlər ki, bu, onların öz ərazisidir. Yəni qanunvericilikdə bu kimi məsələlər, çox təəssüf ki, nəzərə alınmayıb. Lakin biz bilməliyik ki, istehlakçı sındırdığı əşyanın pulunu ödəməlir və kassa çeki götürməlidir. Bu kimi məsələlər mağaza sahibi ilə istehlakçı arasında danışıq yolu ilə həll olunmalıdır. Əgər təhqir və ya digər mübahisəli məsələlər varsa, artıq işə məhkəmələr işə qarışmalı, sübutlar təqdim edilməlidir və s. Bütün hallarda istehlakçılara istehlakçı hüquqlarını qoruyan dövlət orqanlarına müraciət etməyi tövsiyə edirəm".


Xəbər 4552 dəfə oxunub.



04.08.2025  18:36 

Sabunçuda narkokuryer TUTULDU

04.08.2025  16:01 

21 direktor işdən çıxarıldı

04.08.2025  13:18 

Avtomobildən yıxılan kişi ÖLDÜ

04.08.2025  12:54 

Mixail Qusman Bakıya gəldi

04.08.2025  12:28 

Bakıda 40 dərəcə isti olacaq

04.08.2025  11:33 

6 aylıq uşaq infarktdan öldü

04.08.2025  11:29 

Nazir ona yüksək vəzifə verdi

04.08.2025  10:43 

Xaçmazda meşədə yanğın olub


BÜTÜN XƏBƏRLƏR +