Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


30.04.2017  15:34 

Müayinələrin nəticəsi açıqlandı - Ətlər bakteriyalarla çirklənibmiş





A+  A-

Daşkəsəndə aşkarlanan ətlər insan sağlamlığına zərər yetirən bakteriyalarla çirklənib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, aprelin 26-da Daşkəsən rayon Polis Şöbəsi əməkdaşları tərəfindən sürücü Əliyev Nafiq Rüstəm oğlunun idarə etdiyi "Hyundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilinə Daşkəsən-Gəncə avtomobil yolunda baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerində mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan 50 qutuda (hər biri 20 kq) 1000 kiloqram sümükdən ayrılmış, karton qutulara qablaşdırılmış və dondurulmuş mənşəyi məlum olmayan heyvan ətləri aşkar edilib.

Daşkəsən rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılmış avtomobilin yük yerində aşkarlanmış mənşəyi məlum olmayan heyvan ətlərinin Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən, Elçin Rüstəmovun rəhbərlik etdiyi “Elba” MMC-yə məxsus heyvan kəsimi və emalı fabrikində yükləndiyi məlum olub və müəssisəyə baxış keçirilib. Baxış zamanı fabrikin 1 nömrəli kamerasında hər biri 20 kiloqram olmaqla 260 qutu, hər biri 40 kiloqram olmaqla 12 qutu, ümumilikdə 5680 kiloqram sümükdən ayrılmış karton qutulara qablaşdırılmış, dondurulmuş, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan heyvan ətləri, həmçinin hər biri 6 kiloqram olmaqla 60 ədəd polietilen paketə qablaşdırılmış, mənşəyi bilinməyən, ümumi çəkisi 360 kiloqram olan heyvanın iç piyi, 2 baş iribuynuzlu heyvanın başı, dərisi, ayaqları aşkarlanıb. Eyni zamanda “Elba” MMC-yə məxsus 2 nömrəli soyuducu kamerada 2 baş iribuynuzlu heyvanın başı, dərisi, ayaqları və daxili orqanları aşkar olunub.

Daşkəsən rayon Polis Şöbəsinin müraciəti əsasında Daşkəsən Rayon Baytarlıq İdarəsinin əməkdaşları Əliyev Natiq Rüstəm oğlunun idarə etdiyi “Hyundai” markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilindən və Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən, “Elba” MMC-yə məxsus kəsim və emalı fabrikində aşkarlanan mənşəyi məlum olmayan, sağlamlığına dair heç bir sənədi olmayan sümüksüz ətlərdən nümunələr götürərək Respublika Baytarlıq Laboratoriyasına göndəriblər.

Laboratoriyada müayinələrin nəticəsinə əsasən Əliyev Nafiq Rüstəm oğlunun idarə etdiyi "Hyundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilində aşkar edilən ətlərdən götürülən nümunələrin hamısının ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş at ətlərinin olması müəyyən edilib. Həmçinin həmin ətlərin insan sağlamlığına, səhhətinə zərər yetirən bakteriyalarla çirkləndiyi məlub olub. Ekspertizaların nəticələri müvafiq araşdırmalar aparan Daşkəsən rayon Polis Şöbəsinə göndərilib.

Həmçinin “Elba” MMC-yə məxsus kəsim və emal fabrikinin soyuducu kameralarında aşkar olunan ətlərdən götürülən nümunələrin beşinin ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş at ətləri olması, digər nümunələrin isə aqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvan ətlərinin olması müəyyən edilib. Həm at ətinin, həm də iribuynuzlu heyvan ətlərinin insan sağlamlığına, səhhətinə zərər yetirən bakteriyalarla çirkləndiyi məlum olub.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizalarının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş, heyvan ətləri (at və iribuynuzlu heyvan ətləri) barədə qanunvericiliyə uyğun tədbir görüləcək.

Xatırladaq ki, “Elba” MMC-nin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Səbuhi Cahangirov “Qafqazinfo” ilə əlaqə saxlayaraq yayılan məlumata münasibət bildirmişdi. O qeyd etmişdi ki, “Elba” MMC artıq 2016- cı ilin avqust ayında fəaliyyətini dayandırıb və şirkətin Daşkəsən kəsim zavodundakı ərazisi icarəyə verilib.

Xəbər 3208 dəfə oxunub.




01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +