Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


16.07.2025  17:27 

Azər Qasımlıya ittiham elan olundu





A+  A-

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

XəzərNews.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən iştirak etməyib.

Təqsirləndirilən şəxsin vəkili Rövşanə Rəhimli vəsatət qaldıraraq Azər Qasımlının şüşə arxasından çıxarılaraq onların yanında əyləşməsini xahiş edib. Onun digər vəsatəti müdafiə tərəfinin verdiyi sənədlərin sübutlar siyahısına əlavə olunması ilə bağlı olub.

Məhkəmə vəkilin ilk vəsatətini təmin edib və təqsirləndirilən şəxs vəkillərin yanında əyləşib. Digər vəsatət baxılmamış saxlanılıb.

Daha sonra prokuror Valeh Ələkbərov ittiham aktını elan edib.

İttiham aktına əsasən, Azər Qasımlı qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilir. İttihama görə, o, kriptovalyuta saytında Qurbanəli Yusifovun adına hesab açaraq ora pul yatırıb. Lakin birjada qiymətlərin düşməsi nəticəsində pulu itirib və Qurbanəli Yusifovdan 45 min dollar pul tələb edib. Həmin pulu verməyəcəyi halda onu öldürmək, övladını qaçırmaqla hədələyib və Q.Yusifovdan 6800 manat pul alıb. Eyni zamanda ona 10 min dollar dəyərində borc qəbzi imzaladıb.

Azər Qasımlı özünü təqsirli bilməyərək əslində zərərçəkən olduğunu deyib.

Zərərçəkən kimi tanınan Qurbanəli Yusifovun iştirakının təmin edilməsi məqsədilə proses iyulun 30-na təxirə salınıb.

Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.

Xəbər 745 dəfə oxunub.




01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +