“Bolmart”da əməliyyat: Rəsmi açıqlama yoxdur
Ramiz Mehdiyevin gizli məktubu üzə çıxıb - Foto/Fakt
Monteneqroda azərbaycanlı və türklər saxlanıldı
General Saleh Səmədova medal veribmiş - FOTO
Gömrük polkovniki küçədə adam döydü - Video
Paytaxtda 15500 manat oğurlayan şəxs saxlanılıb
Tramp inanır ki... - Rusiya - Ukraynada müharibəsinə son qoya bilər
Orxan Mürsəlovun sabiq müavininin həbsi tələb edildi
“Yelo Bank”a neçə dəfə maliyyə sanksiyaları tədbiq edilib?
YAP-ın deputatı Əli Kərimli haqda məqaləni bəyəndi - FOTO


24.05.2019  17:23 

“Nar”dan ADA Universitetinə dəstək





A+  A-

Ölkənin ən gənc mobil operatoru olan “Nar”ın da dəstəklədiyi “ADA Innovation Awards 2019” mükafatının final mərhələsinin qalibləri müəyyən edilib. Belə ki, əsas məqsədi tələbələrə innovativ ideyalarını irəli sürməklə öz startapını başlamaq və real biznes qurmasına şərait yaratmaq olan müsabiqədə 1-ci yeri “Who is around”, 2-ci yeri “SafeSound”, 3-cü yeri isə “Oracins” layihələrini irəli sürən tələbələr qazanıb. Qalib layihələrin müəllifləri müxtəlif pul mükafatları ilə təltif edilib. Eyni zamanda 2019-2020-ci tədris ilində “ADA İnnovasiya Mərkəzinin sakinləri” titulunu qazanıblar.
“Texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə gənc nəslin innovasiyalara açıq olduğundan və tətbiq imkanlarını anladıqlarından əmin olmalıyıq. Buna görə də, “Nar” olaraq növbəti dəfə gənclər üçün böyük əhəmiyyət kəsb edən bu tədbirin tərəfdaşlarından biri olmaqdan məmnuniyyət duyuruq. Gənclərin intellektual inkişafına dəstək vermək bizim KSM strategiyamızın əsas istiqamətlərindən biridir və onların innovativ ideyalarını hər zaman dəstəkləməyə hazırıq”, - deyə “ADA Innovation Awards 2019” qaliblərinin seçilməsi üçün münsif qismində dəvət edilən “Nar”ın İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Əziz Axundov bildirib. O qeyd edib ki, təqdim edilən layihələri dəyərləndirərkən tələbələrin gündəlik problemlərə innovativ yanaşmasını görmək çox sevindiricidir.

“Nar” və ADA Universiteti arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş layihələr arasında ADA Universiteti Fondu ilə əməkdaşlıq, ADA-nın tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, Universitetin ixtisasartırma proqramlarına “Nar” operatoru əməkdaşlarının cəlb edilməsi kimi tədbirlər də mövcuddur.

“Nar”ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər 3247 dəfə oxunub.




27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq

27.10.2025  12:25 

Azər Maqsudova hökm oxunub -FOTO

27.10.2025  12:24 

Türkiyədə zəlzələ oldu

27.10.2025  10:15 

“Report“ 11 yaşında

27.10.2025  00:41 

İranda güclü zəlzələ


BÜTÜN XƏBƏRLƏR +