Rövşən Əsgərovun Rusiyada 130 min borcu var?
Rayonlara nə qədər qar yağıb?
İntihara cəhd edən gənc şairin vəziyyəti ağırdır!
Sabah da qar yağacaq
Üç israilli girov Qırmızı Xaç işçilərinə təhvil verildi
Təhsil eksperti azadlığa buraxıldı
Ramin İsmayılov işdən çıxarıldı
“Gərək “Azərişıq“da da adamın olsun“
Yol polisi sürücülərə müraciət etdi
İşləyən vətəndaşların pensiyaları necə artırılacaq?


14.06.2022  13:51 

Qafqaz Müsəlmanları İdarəsi əhaliyə çağırış etdi: Təxribatlara uymayın





A+  A-

Azərbaycanda hökm sürən tolerantlıq və dinlərarası, məzhəblərarası harmoniya mühitində dövlətimizin uğurlarından narahat olan bəzi destruktiv qüvvələr tərəfindən ölkəmizdəki ictimai sabitliyi, vətəndaş birliyini pozmaq niyyəti ilə nifrət çağırışlarının gündəmə gətirilməsi, məzhəblərarası təfriqə yaratmaq istiqamətində istər daxildə, istər ölkə xaricində məqsədyönlü təxribat meylləri müşahidə olunmaqdadır.

XəzərNews.az QMİ-nin bəyanatını təqdim edir:

"Beynəlxalq qurumlara və dünya ictimaiyyətinə ölkəmiz haqqında böhtan və qarayaxma xarakterli məlumatların ötürülməsi, Azərbaycanın demokratik imicinə qarşı heç bir obyektiv reallığa əsaslanmayan çirkin təbliğatın aparılması, cəmiyyətimizin ən dəyərli üzvləri - xalqımızın Vətən müharibəsindəki qələbəsi naminə canlarını fəda etməyə hazır olan, sağlamlığını itirən qəhrəman qazilərimizi təxribata çəkmək yönündə xaricdən idarə edilən və maliyyələşdirilən hərəkətlər də bu qəbildəndir.

Azərbaycan dünyada unikal ölkələrdəndir ki, dindarları məzhəb fərqi qoymadan eyni məsciddə namaz qılır, ibadət və bayram günlərini birgə keçirirlər. Xalqımızın çoxəsrlik mental dəyərləri və dövlətimizin müdrik siyasəti sayəsində təşəkkül tapan bu reallıq qibtə ilə yanaşı, təəssüf ki, bəzi dairələrdə qıcıq yaradır. Milli birliyimizə, daxili həmrəyliyimizə xələl gətirmək niyyəti ilə məzhəblərarası anlaşma mühitimizi hədəfə alan məkrli qüvvələr ölkə daxilində və xaricdən idarə olunan bəzi sosial media şəbəkələrində məqsədyönlü iş aparmaqdadırlar. İslam adından məkrli siyasi məqsədlər üçün sui-istifadə edən, mənəvi dəyərləri məqsədyönlü şəkildə təhrif edən, dinin əsaslarından anlayışı olmayan bəzi sosial şəbəkə fəalları insanları yanlış yola istiqamətləndirmək üçün canfəşanlıq göstərirlər. Bəlli məqsədlər naminə düşmən dəyirmanına su tökmək, qərəzli dezinformasiyaları əldə bayraq edərək müsəlmanların müqəddəs hissləri, xalqın heysiyyatı ilə oynamaq haqsızlıqdır.

Qafqaz Müsəlmanları İdarəsi hər bir Azərbaycan vətəndaşını haqq mücadiləmiz zamanı olduğu kimi, bu gün də monolit birliyimizi qorumağa, dinindən, məzhəbindən asılı olmayaraq eyni cəbhədə olmağa, dövlətçiliyimizin mənafelərini müdafiə etməyə, milli-mənəvi həmrəyliyimizi pozmağa yönəlik təxribatlara uymamağa çağırır".

Xəbər 2134 dəfə oxunub.



23.02.2025  09:37 

Rayonlara nə qədər qar yağıb?

22.02.2025  16:09 

Sabah da qar yağacaq

22.02.2025  15:42 

Viktor Qonçarov həbs EDİLDİ

22.02.2025  11:51 

Bakıda evdə qumbara aşkarlandı

22.02.2025  10:01 

Bu ərazilərdə evlər ucuzlaşacaq


BÜTÜN XƏBƏRLƏR +