Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


08.01.2018  16:52 

Bankları nə gözləyir?





A+  A-

“Bank sektorunda təmizləmələr davam edəcək”.
XəzərNews.az xəbər verir ki, bunu Bank sahəsi üzrə ekspert Zamiq Şükürov bildirib. O, ddeyib ki, 2018-ci ilə bir neçə gün qalmış, Azərbaycanın ilk özəl bankı, səhmdarları sırasında Avropa Yenidənqurma İnkişaf Bankı (AYİB) kimi nüfuzlu maliyyə institutu olan “DəmirBank” ASC-nin lisenziyasının ləğvi cəmiyyətdə şok effekti yaratdı: “Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) öz sürpriz qərarı ilə 2017-ci il üzrə bank sektorunda həyata keçirdiyi “islahatlara” belə desək nöqtə qoymuş oldu.

Hətta iqtisadi krizisdən öncə dövlət başçısı müşavirələrdə dəfələrlə bankların sağlamlaşdırılmasını, zəif və kapital yetərsizliyi olan bankların konsalidasiyaya getməsini tövsiyyə edirdi. Realllıq budur ki, nə aidiyyatı qurumlar, nə də özəl banklar tərəfindən bu istiqamətdə ciddi addımlar atılmadı. Nəticədə 2 il ərzində 14 bank ləğv edildi.

Bu gün dövlətin qarşısında durən əsas vəzifə son iki ildir iqtisadiyyat üçün ciddi təhlükəyə və baş ağrısına çevrilmiş bank sektorunun təmizlənməsi, qlobal iqtisadi proseslərə və çağırışlara çevik adaptasiya olunan, sağlam və dinamik bank sektorunun formalaşdırılıb. Bu məqsədlə Maliyyə sahəsinin xüsusilə bank sektorunun qısa, orta və uzunmüddətli olmaqla III mərhələli inkişaf konsepsiyası olan “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” qəbul edilmiş və 2018-ci il sektorun təmizlənməsi, daha dəqiq desək kapital problemi olan bankların restruktrizasiyası və ya ləğvi üçün yekun ildir.

Hal-hazırda ölkədə fəaliyyət göstərən bankların sayı 30-dur. Hesab edirəm ki, ilin sonuna kimi ötən ili böyük həcmdə zərərlə başa vurub, kapital problemi olan bəzi banklar konsalidasiyaya getməsə bu problemli banklar ləğv olunacaq və beləliklə inkişaf potensialı olan, xarici və daxili şoklara qarşı daha dayanıqlı və sağlam təqribən 25 bankla Strateji Yol Xəritəsi üzrə hədəflərin növbəti mərhələlər üzrə icrası davam etdiriləcək. Bu isə öz növbəsində növbəti illərdə ölkədə iqtisadi inkişafa öz müsbət təsirini göstərəcək”.

Xəbər 1530 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +