“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


18.08.2021  09:56 

DYP sürücülərə müraciət etdi





A+  A-

Baş Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə müraciət edib.
XəzərNews.az-a daxil olan müraciətdə qeyd edilir:

“Mütəxəssislərin də qeyd etdiyi kimi cari ilin iyul-avqust aylarında havanın temperaturunun ötən illərlə müqayisədə yüksək olması səbəbindən əhalinin nisbətən sərin olan bölgələrə səfərlərinin sayı xüsusilə həftə sonları nəzərəçarpacaq dərəcədə artmış, bu isə öz növbəsində avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyini və paralel olaraq qəza ehtimalının yüksəlməsini şərtləndirib.

Lakin, son günlər baş vermiş ağır yol-nəqliyyat hadisələrinin təhlili bir daha deməyə əsas verir ki, bu ehtimalı reallığa çevirən əsas amil vaxtaşırı xəbərdarlıq edilməsinə, mütəmadi olaraq DYP qurumları tərəfindən yollarda baş verə biləcək qəzaların qarşısının alınması üçün nəzarət-profilaktik tədbirlərin keçirilməsinə baxmayaraq hələ də özünün və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalan, verilən tövsiyələrə, yaşanmış acı təcrübəyə əhəmiyyət verməyən məsuliyyətsiz sürücülərdir.

Nəqliyyat vasitəsini sərxoş, yuxulu, yaxud əzgin və ya yorğun halda idarə edən, bu vəziyyətdə sərnişin dolu avtomobillə uzun müddət fasiləsiz hərəkətdə olan, sürət həddinə məhəl qoymayan, ötmə və manevr etmə qaydalarını kobud şəkildə pozaraq yollarda potensial təhlükə mənbəyinə çevrilən, bəzən də təhlükəsizlik üçün görülən qabaqlayıcı tədbirləri ironiya, hətta qəzəblə qarşılayan sürücülərə bu gün də rast gəlinir ki, həmin şəxslər xudbin, intizamsız və məsuliyyətsiz davranışları nəticəsində törənəcək qəzada neçə-neçə insan faciəsinə bais olacaqlarından sanki xəbərsiz kimi davranırlar.

Baş Dövlət Yol Polisi İdarəsi belə şəxslərə qarşı təkcə inzibati qaydada deyil, ictimai qınaq metodlarından istifadə etməklə mübarizə aparmağın daha səmərəli olacağına inanır və bir daha sürücülərə müraciət edərək onlara mənzil başına sağ-salamat çatmaları üçün səfərə çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətinə diqqət yetirməyi, yolboyu qaydalara ciddi riayət etməyi, sərxoş, yorğun, yaxud yuxusuz halda sükan arxasına əyləşməməyi, hazırda havaların isti olduğunu nəzərə alıb soyuducu sistemi olmayan avtomobillərlə günün nisbətən sərin vaxtlarında yola çıxmağı, 1-2 saatlıq fasiləsiz hərəkətdən sonra DYP-nin stasionar postlarında dayanaraq qısa müddətə istirahət etməyi tövsiyə edir.

Ümid edirik ki, hər bir hərəkət iştirakçısı bu çağırışla bağlı bizimlə həmrəy olacaq, şəxsi nümunə göstərməklə özünün, doğmalarının və digər insanların təhlükəsizliyi naminə yol hərəkəti qaydalarına ciddi riayət edəcək”.

Xəbər 2010 dəfə oxunub.




27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi

23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib


BÜTÜN XƏBƏRLƏR +