Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
Milli azlıqların sosial-mədəni inkişafı – Yeni layihə nə vəd edir?
İlham Əliyev filippinli həmkarını təbrik edib


30.10.2021  21:59 

Bəs Futbol Veteranları İttifaqı haradadır?





A+  A-

Onun bölgə futbolunun inkişafında müstəsna xidmətləri var. Tamamilə yerli futbolçulardan qurulmuş "Viləş”lə Azərbaycan çempionatında hər kəsə "əlcək atıb”.

Maliyyə cəhətdən daha iddialı klubdan - "Şəmkir”dən dəvət alıb. Özünü sübut edib, komandası Azərbaycan çempionu olub. Futbolçu karyerası ərzində də "Avtomobilçi”i, Xabarovsk OİK-i və "Neftçi”də top qovub. Yetərincə məşhur simadır Azərbaycan futbolunda Qəhrəman Əliyev. Amma bu məşhur indi heç kimin yadına düşmür.

Az xərc tələb olunmur

Qəhrəman Əliyev artıq 11 aydır ki, komadadır. Koronavirusa tutulduqdan sonra insult keçirib. Həkimlər onu süni komaya saldılar, amma səhhətində irəliləyiş olmadı. Uzun müddət xəstəxana şəraitində müalicə aldı. Yaxınları xəstəxana xərclərini qarşılaya bilməyincə müalicə ev şəraitində davam etdirilir. Əslində ev şəraitində də müalicə üçün az xərc tələb olunmur. Gün ərzində 500-600 manatlıq dava-dərman lazımdır. Həkimlər hər şeyin möcüzəyə bağlı olduğunu deyirlər.

Yazımızın "mustafa”sı

Bu yerdə "Allah şəfa versin” deyib yazımızın "mustafa”sını bəyan edək. Bu müddət ərzində Qəhrəman Əliyevlə futbol təsərrüfatından kimsə maraqlanmayıb. Azərbaycan futbolunda belə bir məşqçi olmayıb sanki. Baxmayaraq ki, çempionatda ən çox oyun keçirən məşqçilərdən biridir. Üstəlik, qarşısına süni maneələr qoyulanda, böyük futboldan uzaqlaşdırılanda uşaq futboluna üz tutdu. Heç nədən çəkinmədən, usanmadan gələcək üçün futbolçu yetişdirməyə başladı. Baxmayaraq ki, o ranqda olan mütəxəssislərin hamısı uşaq futbolunda çalışmağı şənlərinə sığışdırmırlar. O isə kimsəyə ağız açmadı iş üçün. Uşaqlarla işi şərəf bildi özünə.

Bu qayğı nədən ibarətdir?

AFFA-nı ataq bir tərəfə. Bəs Futbol Veteranları İttifaqı haradadır? Axı bu qurumun sədri Oqtay Abdullayevin veteranlara "qayğıdan” danışanda ağzına çullu dovşan yerləşmir. Bu qayğı nədən ibarətdir? Hərdən-birdən veteranlar arasında yoldaşlıq görüşü təşkil edib 5-10 manat silməkdən? Axı Qəhrəman Əliyevin həm futbolçu karyerası, həm də məşqçilik fəaliyyəti çox zəngindir. O qədər zəngindir ki, "Neftçi”də cəmisi 5-6 oyun keçirmiş, sonradan klubun sürücüsü işləmiş Oqtay Abdullayev ona bu karyeraya görə yalnız həsəd apara bilər.

Belə idarəetmə davam etdikcə...

Ancaq bu gün Oqtay Abdullayev veteranların təşkilatına rəhbərlik edir. Futbolumuzun adlı-sanlı veteranının ölümlə çarpışdığından isə heç xəbəri də yoxdur. Dövlətin ayırdığı vəsait əcnəbi mütəxəssislərə verilir, azərbaycanlı veteran isə ağır xəstəliklə mübarizədə tamamilə unudulub. Necə olacaq? Bilmirəm. Qəhrəman Əliyevin xəstəliyə qalib gəlib-gəlməyəcəyini də bilmirəm. Amma onu bilirəm ki, Azərbaycan futbolunun tarixində Qəhrəman Əliyev kimi zəhmətkeşlər qalacaq, Oqtay Abdullayev kimi hazıra nazir olanlar yox.

Natiq Muxtarlı

Xəbər 1402 dəfə oxunub.




27.06.2024  08:51 

Bu yollarda tıxac var -Siyahı

26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib

26.06.2024  00:41 

Mahaçqalada atışma olub

25.06.2024  16:01 

Hacı Salman saxlanılıb -Foto

25.06.2024  08:25 

Bu yollarda tıxac var -Siyahı

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb


BÜTÜN XƏBƏRLƏR +