Azərbaycan XİN Türkiyəni təbrik edib
Paşinyan “sensasion xəbər”i açıqladı
İstanbulda yaşayış binası çökdü -VİDEO
Ağdam rayonuna köç karvanı yola salındı
İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb
Deputatın üçüncü oğlu üzə çıxdı
Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu


13.11.2023  11:54 

Kəskin tarif artımları... - Niyə baş verir?





A+  A-

"Mərkəzi Bank bankomatlar vasitəsilə plastik kartlardan vəsaitlərin nağdlaşdırılması zamanı haqların aşağı salındığını bildirib. Bu, xüsusən digər bankların bankomatlarından nağdlaşdırma zamanı xərcləri azaldacaq. Bu, müsbət haldır. Amma bu xidmətdə güzəşt edən bəzi banklar digər istiqamətlərdə qiymət artımlarına getməklə yenə də müştərilər hesabına daha çox gəlir əldə etməyə çalışırlar".

Xəzərnews.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov qeyd edib.

O bildirib ki, nəticədə yenə də müştərilərin xidmətlər üzrə xərcləri yüksək olaraq qalacaq:

"Bir sıra sistem əhəmiyyətli banklar SMS xəbərdarlıq tarifini gələn aydan 2,5 dəfə artırmaq qərarı veriblər. Əvəllər 40 qəpiyə olan bu xidmət gələn aydan 1 manat olacaq. Əslində, belə artımlar özü də süni qiymət artımı və ya sektor mövqeyindən istifadə deməkdir. Çünki nəinki son dövrlər rabitə tariflərində hər hansı artım yoxdur, əksinə, texnologiyanın yeniləşməsi SMS göndərmənin maya dəyərini xeyli aşağı salıb".

Millət vəkilinin sözlərinə görə, belə olan halda bu xidmətlərdə kəskin qiymət artımını iqtisadi baxımdan izah etmək mümkün deyil:

"Bu baxımdan, requlator kimi Mərkəzi Bankın belə kəskin tarif artımlarının səbəblərini araşdırması və bu yöndə interventiv addımlar atması çox vacibdir. Bəlkə də, SMS xidmətinin 1 manata çatdırılması yüksək xərc kimi görsənməyə bilər, amma sistem əhəmiyyətli banklarda müştərilərin sayını nəzərə alsaq, bu, kifayət qədər böyük dövriyyə deməkdir. Bu baxımdan da liberal iqtisadiyyat prinsipləri çərçivəsində belə süni tarif artımlarının tənzimlənməsi çox vacibdir". /Musavat.com

Xəbər 3506 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib


BÜTÜN XƏBƏRLƏR +