“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb
Deputatın üçüncü oğlu üzə çıxdı
Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir
Ət bazarında xaos... - “Broker Əbülfəz”in adı hallanır
Vaqif İbrahimov tiklilərin sənədləşdirilməsinə niyə mane olur?


03.08.2018  14:06 

Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib.
XəzərNews.az xəbər verir ki, Bakıda, Abşeron yarımadasında və ayrı-ayrı rayonlarda avqustun 06-dək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Bəzi şimal və qərb rayonlarında avqustun 04-06-da şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.

Avqustun 4-ü isə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 28-33, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində

Avqustun 04-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 27-28 dərəcə isti təşkil edəcək.

Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərdə əlverişsiz hava şəraiti müşahidə olunacaq.

Azərbaycanın rayonlarında

Avqustun 04-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəsək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Avqustun 04-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və arabir güclənən xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.



Xəbər 3029 dəfə oxunub.




28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq


BÜTÜN XƏBƏRLƏR +