Zelenski Rusiyanı uzaqmənzilli zərbələrlə hədələdi
İlanlar otelləri zəbt edib - Video
TƏBİB-də maliyyə yoxlamaları həyata keçirilir
“Azəristiliktəchizat“da nöqsanlar aşkarlandı
“Bolmart”da əməliyyat: Rəsmi açıqlama yoxdur
Ramiz Mehdiyevin gizli məktubu üzə çıxıb - Foto/Fakt
Monteneqroda azərbaycanlı və türklər saxlanıldı
General Saleh Səmədova medal veribmiş - FOTO
Gömrük polkovniki küçədə adam döydü - Video
Paytaxtda 15500 manat oğurlayan şəxs saxlanılıb


15.02.2018  10:19 

“Rəqsanənin əri kimin kişisidir?...” - Nikah kağızını paylaşdı + FOTO





A+  A-

Ötən gün müğənni Rəqsanə İsmayilova həyat yoldaşı Fazil Əmiraslanovla nikahını sübuta yetirən sənədi yayıb.
XəzərNews.az xəbər verir ki, o, əriylə rəsmi nikahının olmaması barədə yayılan şayiələrə son qoymaq istəyib:

“Bu gün mənim ərimlə nikah bağladımız gündür. Biz çoxdan bərabərik, sadəcə olaraq nikahı bir az gec bağlamışıq. Nikah şəhadətnaməsini paylaşmaqda məqsədim odur ki, ötən gün yoldaşımla bir balaca görüntü paylaşdım. Saytlar yazıb ki, Rəqsanə ad gününə (red: Nadir Qafarzadənin doğum günü) əri ilə birgə gəlib. Yazmaqlarına bir iradım yoxdur. Lakin sosial şəbəkələrdə yazılan şəxrhləri oxudum, dəhşətə gəldim. Biz həqiqətən də qılınc müsəlmanıyıq. Bu qədər aqressiya, insafsızlıq olarmı? O yazanları tapıb bir-bir otuzdurasan, soruşarsan ki, nəslini-kökünü tanıyırmı?

Yazırlar ki, kiminsə ailəsini dağıtmışam. Allah uzaq etsin, heç bir qadına qarşı bu hərəkəti etmərəm, qəbul belə edə bilmərəm. Nə də ki, kiminsə ailəsi ola-ola ikinci qadın olmaram. Mənim olan mənə aid olmalıdır. Həyat yoldaşım neçə il bundan qabaq rusiyalı xanımla ailəli olub, ayrılıb. Heç kimin evini dağıtmamışam, ərim heç kimin kişisi deyil, halal nikahlımdır. Bu sənədi paylaşıram ki, sakitləşin”.


Xəbər 4230 dəfə oxunub.




27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq

27.10.2025  12:25 

Azər Maqsudova hökm oxunub -FOTO

27.10.2025  12:24 

Türkiyədə zəlzələ oldu

27.10.2025  10:15 

“Report“ 11 yaşında


BÜTÜN XƏBƏRLƏR +