Azərbaycan XİN Türkiyəni təbrik edib
Paşinyan “sensasion xəbər”i açıqladı
İstanbulda yaşayış binası çökdü -VİDEO
Ağdam rayonuna köç karvanı yola salındı
İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb
Deputatın üçüncü oğlu üzə çıxdı
Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu


07.02.2018  18:34 

Ötən ay Azərbaycana 185 min turist gəlib





A+  A-

2018-ci ilin yanvar ayı ərzində Azərbaycana gələn xarici vətəndaşların sayında artım baş verib.
Mədəniyyət və Turizm Nazirliyindən XəzərNews.az-a daxil olan məlumata görə, cari ilin yanvar ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 185 min nəfəri keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artım deməkdir.

Azərbaycana gələn xarici vətəndaşlarının sayına görə üstünlük təşkil edən ölkələr qonşu ölkələr olan Rusiya Federasiyası (59 990 nəfər), Gürcüstan (45 679 nəfər), Türkiyə (24 276) və İran İslam Respublikası (13 437 nəfər), həmçinin Birləşmiş Ərəb Əmirlikləri (8 265 nəfər) olmuşdur. Bu 5 ölkədən gələn xarici vətəndaşların sayı yanvar ayı ərzində ölkəmizə gələn xarici ziyarətçilərin 82%-ni təşkil edib.

Keçən ilin yanvar ayı ilə müqayisədə say etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr Türkiyə (5 379 nəfər), Gürcüstan (4 480 nəfər), Rusiya Federasiyası (3 774 nəfər) və BƏƏ (2 869 nəfər) olmuşdur. Bu ölkələrdən gələnlərin sayındakı artım cəmi 16 502 nəfər təşkil etmişdir ki, bu da ümumi artımın 61%-ni təşkil etmişdir.

Keçən ilin yanvar ayı ilə müqayisədə faiz etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr isə Küveyt (540%), Pakistan (316%), Hindistan (234%) və Qətər (167%) olub. Bu ölkələrdən Azərbaycana gələnlərin sayında artım cəmi 5 720 nəfər təşkil edib ki, bu da ümumi artımın 21%-ni təşkil edib.

Ölkə ərazisini ziyarət edən xarici vətəndaşların 130 118 nəfəri (69.9%) kişi, 55 795 nəfəri (30.1%) isə qadınlar olub.

Xəbər 3217 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib


BÜTÜN XƏBƏRLƏR +