Mehdiyevin səhhətində ciddi problem yaranıb?
Tramp Ukrayna üzrə xüsusi nümayəndə təyin edib
Lukaşenko 31 Ukrayna vətəndaşını əfv edib
Vahid Əziz “Şərəf“ ordeni ilə təltif edilib
Mahir Cavadov psixiatriya xəstəxanada müalicə olunur
İcra Hakimiyyətinin 6280 manat borcu var
Sakinlər “LOFT“ restoranını ittiham edirlər
Tanınmış jurnalist yanğının təfərrüatlarını açıqladı
Qəzəlxan Hacı Arif Buzovnalı vəfat edib
Forum təcrübə mübadiləsinə stimul verilə bilər - Niyaz Niftiyev


12.09.2025  13:33 

Erməni qızın və avar oğlanın dini...





A+  A-

Bir müddət əvvəl müsəlman internet kanalında gənc bir erməni qızının müsahibəsinə qulaq asdım. Qız deyirdi ki, uşaqlıqdan İslama marağı olub. Sonradan müsəlman rəfiqəsinin vasitəsilə məscidə gedib, mollaya suallar verib.

Cavab olaraq isə ona deyilmişdi: “Əvvəlcə başını ört, namaza başla, sonra hər şeyi daha dərindən anlayacaqsan”.

Qız da deyilənləri edərək İslamı qəbul edib və hicab bağlamaqla fəxr etdiyini bildirib. Ailəsi, yaxınları və dostları tərəfindən tənqid olunsa da, bunu “Allahın əmri” kimi qəbul etdiyini deyib.

Bir neçə gün əvvəl isə Moskvada Zaqataladan olan gənc bir avar oğlanla rastlaşdım. Saqqal saxladığını vurğulayaraq bunun Peyğəmbərin sünnəti olduğunu bildirdi. Onun sözlərinə görə, əvvəllər saqqalın səliqəli görünməsi üçün tez-tez bərbərə gedirmiş. Lakin sonradan molladan eşidib ki, saqqalı yaraşıq üçün saxlamaq günahdır. Buna görə də tövbə edib və indi “saqqaldan qazanacağı savabı” əsas götürdüyünü dedi.

Həm qızın, həm də oğlanın söylədikləri bir həqiqəti üzə çıxarır: Qurandan uzaq dindarlıq boş və gülünc görünür. Çünki bu yanaşmalar insanı rituala, saqqal və saçın uzunluğuna, formal qaydalara bağlayır. Halbuki Quran ayələrində belə şeylərə deyil, əxlaqa, ədalətə, iman və düzgün həyat tərzinə diqqət çəkilir.

Sünnilik və şiəlik adı ilə formalaşan ənənəvi anlayışlardan saqqal, hicab, “cənnətdə hurilər”, namaz formaları, 12 imam nağılları və saysız-hesabsız hədislər çıxarılsa, geriyə Qurana dayanan saf bir din qalır. Əsl İslam ritual dini deyil, həyatın hər anında Allahı xatırlamaq və Ona qul olmaq dinidir.

Allah insanı saçına, saqqalına və ya hansı əllə yemək yeməsinə görə sorğu-sual etməyəcək. O, insanlara Quranı yol göstərici olaraq göndərib və yalnız o kitab əsasında hesaba çəkəcəyini vəd edib:

“Siz aləmlərin Rəbbini nə zənn edirsiniz?” (Saffat, 87)

“Bunlar, sənə gerçək olaraq oxuduğumuz Allahın ayələridir. Allahdan və ayələrindən başqa hansı hədisə inanırlar?” (Casiyə, 6)

“Rəbbindən sənə nazil edilənə tabe ol! Ondan başqa tanrı yoxdur. Ortaq qoşanlardan da üz çevir.” (Ənam, 106)


İslam baş örtüyü, saqqal və xırda detallara əsaslanan görüntü dini deyil. İslamın əsası Qurandır. Əgər bu kitabdan uzaqlaşıb hədislərə və ənənəvi qaydalara tabe olunarsa, din öz mahiyyətini itirir və formal qaydaların içində itib-batır.

Aqşin Kişiyev

Xəbər 2339 dəfə oxunub.



22.11.2025  12:57 

Sabahın havası açıqlandı

22.11.2025  12:39 

Prezident açılışda iştirak edib

21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +