Zelenski: “Ukrayna ləyaqətini itirmək riski ilə üz-üzədir”
Bakıda “Porsche“ belə yandı - VİDEO
Tapança, qumbara və tüfənglər götürüldü
Rusiya XİN-dən səfirliyimizə hücumla bağlı...
Daha bir neçə marşrutu müsabiqəyə çıxarılır
Politoloq Partiyadan qovuldu
9 yaşlı futbolçu Nuray üçün AFFA-ya müraciət olundu
Vaşinqtonun sülh planı narazılıq yaradıb?
AQTA xəbərdarlıq etdi: bu uşaq qidası...-FOTO
Nazir müavini ADDA-nı ziyarət edib - Fotolar


20.06.2025  12:09 

“Madam Ruxa”da müştərinin alnını yandırdılar





A+  A-

Bakıda fəaliyyət göstərən “Madam Ruxa” gözəllik salonunda saçını boyadan müştəri alın nahiyəsinin kimyəvi maddə ilə yandırıldığını iddia edib.

XəzərNews.az xəbər verir ki, adını açıqlamayan şikayətçi sosial şəbəkədəki paylaşımında boyadan sonra tətbiq edilən məhlul nəticəsində dərisində ciddi yanıq izləri və qızartılar əmələ gəldiyini bildirib.

Şikayətçinin sözlərinə görə, iyunun 19-da saç boyatmaq üçün adıçəkilən salona müraciət edib. Boyama prosesi başa çatdıqdan sonra dəridəki boya izlərini təmizləmək məqsədilə xüsusi kimyəvi maddə tətbiq olunub.

"Həmin məhlulu vurduqları anda şiddətli yanma hissi keçirdim. Dedilər, bu “normaldır”. Amma nəticə budur: Alnımda ciddi yanıq, sulanan yaralar və qızartılar".

Şikayətçi qeyd edir ki, üzərində boya izi olmayan nahiyəyə də həmin məhlulun tətbiqi əməkdaşın səhlənkarlığından irəli gəlib:

“Alnımda ümumiyyətlə, boya yox idi. Salonun əməkdaşı diqqətsizliyi və məsuliyyətsizliyi nəticəsində maddəni bütün alına yaydı”.

Zərərçəkən bildirir ki, salon əməkdaşları baş verənlərə görə ondan üzr istəməyib:

"Heç kim üzr istəmədi, heç nə olmamış kimi ödəniş alındı – sanki bu normal bir hal imiş. Rəhbərliyə yazdım. Cavabda isə bütün məsuliyyəti mənim üstümə atdılar – guya “allergiyam varmış”. Üstəlik mən zərərin qarşısını almaq üçün saç boyamasına 50 manat ödəmişəm.Əczaxanadan 26 manata krem almışam – amma heç bir effekt vermədi, dəriyə zərər artıq baş vermişdi.Bu cür səhlənkarlıq və peşəkarlıqdan uzaq yanaşma müştəriyə hörmətsizlikdir. Heç kim belə münasibətə layiq deyil. Mən bu paylaşmanı edirəm ki, başqaları da xəbərdar olsun və sağlamlığını belə yerlərdə riskə atmasın.

Müştəri məmnuniyyəti – sıfır
Peşəkarlıq – sıfır
Empatiya – sıfır
Məsuliyyətsizlik – 100%"

Məsələ ilə bağlı "Madam Ruxa" gözəllik salonu ilə əlaqə saxladıq. Salonun əməkdaşı Rahib Xanıyev Bakupost.az-a açıqlamasında bildirib ki, hadisənin səbəbi şikayətçi xanımın dərisinin həssas olmasıdır:

"Biz gündə 5-6 müştərinin alnını lokum, yəni boya təmizləyicisi ilə silirik. Ola bilsin, xanımın dərisi həssas olub deyə qızartı yaranıb. Əgər bu vasitədən ilk dəfə istifadə etsəydik, deyərdim ki, bəli, problem ondan qaynaqlana bilər. Ancaq biz bu məhsuldan 4-5 ildir istifadə edirik və indiyə qədər belə hal yaşanmayıb. O qızartı müvəqqətidir, keçib gedəcək. Dib boya etdikdə istər-istəməz saçla alının birləşdiyi hissəyə boya dəyir və biz bu ləkəni orada saxlaya bilmərik. İllərdir lokumdan istifadə edirik, bu vasitə xüsusi olaraq dəriyə dəymiş boyanı təmizləmək üçündür. Bütün müştərilərdə bu üsulu tətbiq edirik. Görünür, xanım əsəbiləşib və şikayət edib."

Xəbər 2432 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var

21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +