Almaniyanın keçmiş prezidenti öldü
Polis Bərdədə əməliyyat keçirdi: Saxlanılanlar VAR
Dondurucuda saxlanan oğlan necə ölüb?
Maliyyə Nazirliyində yarım milyonqluq təmizlik
Təhlükəsizlik Xidmətinin binasını partlatmaq istədi
Əhalinin banklara nə qədər kredit borcu var?
Ukrayna Ali Radası Ruben Vardanyanı cəzalandırmağa çağırdı
“TikTok“ dini ziyarətgaha aparmaq adıyla 13 nəfərin pulunu ələ keçirdi
Onlayn kredit almaq istəyənlərin NƏZƏRİNƏ
DYP-dən sürücülərə XƏBƏRDARLIQ


21.02.2018  13:58 

İki ildə banklara iki milyard investisiya yatırılıb





A+  A-

2017-ci ildə bank sektorunun sağlamlaşdırılması ilə bağlı əsaslı işlər görülüb, sektora yeni kapital investisiyaları daxil olub.
XəzərNews.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2017-ci il ərzində bankların cəmi kapital inyeksiyalarının həcmi 0.9 mlrd. manat təşkil edib.

Ümumilikdə, 2016-2017-ci illərdə bankların səhmdar kapitalına investisiyaların cəmi 1.2 mlrd. manat olub.

Palatadan qeyd edilib ki, ölkə Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanına əsasən, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması prosesi yekun mərhələyə çatdırılıb.

Bu çərçivədə bankın problemli aktivləri “Aqrarkredit” QSC-ə ötürülüb, xarici borc öhdəliklərinin restrukturizasiyası prosesləri tamamlanıb.

Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində bank restrukturizasiyasının hüquqi çərçivəsinin formalaşdırılması işləri aparılıb. Bu istiqamətdə beynəlxalq təcrübə də nəzərə alınmaqla, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa rezolyusiya ilə bağlı yeni fəsil əlavə edilib.

Xəbər 1714 dəfə oxunub.




01.02.2025  12:38 

Qusarda avtomobildə meyit TAPILIB


BÜTÜN XƏBƏRLƏR +