Biz futbolu harda oynayırıq?
Gömrük Komitəsində nə baş verir?
Azərbaycan kişisinin ideal qadın obrazı bunlarmı?
Rusiyada qadını öldürüb Azərbaycana gəldilər
Döyülən uşağın məsələsi böyüyür...
Tramp ABŞ-dəki ukraynalıları deport edir
Ağ Ev onlarla ilə gizli əlaqə saxlayır
Tıxaca səbəb iftar imiş... - RƏSMİ
Reabilitasiya Mərkəzindəki yanğın söndürülüb - VİDEO
Döyülən gəncin valideyinləri nə tələb edir? - VİDEO


03.03.2025  11:45 

“Araz”da kampaniya adı ilə müştərini aldadırlar





A+  A-

Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsildar Məmmədəliyev küçəsi 18A ünvanında yerləşən “Araz” supermarketdə istifadəyə yararsız məhsul satılıb.

XəzərNews.az musavat.com-a istinadən xəbər verir ki, supermarketin vitrinlərində son istifadə tarixinin bitməsinə bir neçə gün qalan “Pınar” kolbasaları yer alıb.

“Pınar”ın “Aç bitir” adlı məhsulunun üzərində kampaniya olaraq təklif edilən “Gurme” məhslunun istifadə müddətinin bitməsinə bir neçə gün qalmasına baxmayaraq satışa çıxarılıb.

Məlum məsələdir ki, supermarketlərdə daha çox istifadə müddətinin bitməsinə az bir vaxt qalan məhsullar daha çox kampaniya kimi müştərilərə təklif olunur. Lakin bu zaman da məhsulun həqiqətən də satışa yararlı olub-olmamasını yoxlamaq lazmdır.

“Araz”da satılan bu məhsulun istifadə müddətinin bitməsinə 3 gün, bəzilərinin isə istifadə müddətinin bitməsinə 10 gün qalsa da kolbasanın artıq xarab olduğunu açıq şəkildə müşahidə etmək mümkündür.

Buradan “məhsulu alanda üzərindəki tarixə baxmaq lazmdır” sualı da çıxa bilər.

Cavab olaraq qeyd edək ki, istifadə müddətinin bitməsinə az zaman qalan “Gurme” məhsulu digər məhslun altında olduğu və lentlə bağlandığı üçün istehal tarixini və istifadə müddətinin bitməsini göstərən tarixi görmək mümkün deyil. Bunu yalnız məhsulu alıb açandan sonra müəyyən etmək mümkündür.

Məhslun istifadəyə yararsız olmasını supermarket əməkdaşları da təsdiq ediblər. Marketdən bildirilib ki, qeyd edilən kolbasa “Pınar” məhsullarının satışını həyata keçirən firma tərəfindən marketə kampaniya kimi təklif edilib. Market əməkdaşları bu məsələdə həmin firmanın günahkar olduğunu desələr də buna nəzarət etmək öhdəliyinin onlarda olmasını da etiraf ediblər. Bildiriblər ki, bütün firmalardan alınan məhsullar vitrinlərə yerləşdirilərkən onların son istifadə müddəti market əməkdaşları tərəfindən nəzərdən keçirilməlidir.

Qeyd edək ki, şikayətdən sonra adı çəkilən məhsullar vitrindən yığışdırılıb.



Xəbər 433 dəfə oxunub.




06.03.2025  21:18 

Biz futbolu harda oynayırıq?

06.03.2025  14:03 

Sabah hava isti olacaq

05.03.2025  23:10 

“Bir az əvvəl siz aldatdılar“


BÜTÜN XƏBƏRLƏR +