Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


20.02.2020  09:06 

Arıqlamaq üçün ən effektiv üsullar





A+  A-

Həyat tərzində bəzi dəyişikliklər arıqlamaq üçün effektiv üsul ola bilər.
XəzərNews.az-ın məlumatına görə, bu barədə alman diyetoloqlar “Fit for fun” jurnalına danışıblar. Nəşrin yeni sayında onlar ən effektiv üsulları açıqlayıblar:

Kalori çatışmazlığı yaratmaq. Alman diyetoloqlar məsləhət görür ki, əgər arıqlamaq istəyirsinizsə, rasionun kaloriliyini 150-300 kilokalori azaltmağa cəhd edin. “Buna, məsələn, aşağı qlikemik indeksli məhsullardan istifadə edərək nail olmaq olar”, - ekspertlər bildirir.

Sağlam yağlar və daim zülal qəbul etmək. Arıqlamaq üçün daha bir effektiv üsul – rasiona toxluq hissini uzun müddət saxlayan məhsullar (qoz, kətan və çia toxumları, avokado, kətan və zeytun yağları) əlavə etmək. Çox yağlı balığı həftədə bir dəfə yemək olar. Zülal tərkibli məhsullardan – yumurta, paxlalılar, aşağı yağlı kəsmik, ağ pendirlər və toyuq ətini qeyd etmək olar.

Çətin karbohidratlar yemək. Mərci, yulaf, qarabaşaq, kinoa, amarant və təzə kartofun tərkibində toxluq hissi yaradan liflər var. Bu məhsullar sağlam qida həzminə səbəb olur, orqanizmi həyati vacib maddələrlə təmin edir.

Fiziki məşq etmək. Həftədə 2-3 dəfə güc məşqi metabolizmi yüksəltdir, əzələləri bərkidir və böyüdür. Bu isə sonunda arıqlama prosesini sürətləndirilməsi ilə nəticələnir.

Yetərincə yatmaq. Yuxu çatışmazlığı stress hormonu – kortizolun ifrazına gətirib çıxarır. Bu isə yüksək kalorili qəlyanaltıların yeyilməsinə gətirib çıxaran güclü yorğunluq, əhval düşkünlüyünə səbəb olur. “Qayda belədir – arıqlamaq üçün effektiv yuxu sutkada 7-8 saatdan az olmamalıdır”, - alman tibb mütəxəssisləri qeyd edib.

Xəbər 1507 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +