212 nömrəli məktəbdə nə BAŞ VERİB?
Azərbaycana təhqir edən molla: “Qorxmuram”
Jurnalist Xəzər.TV-ni tənqid etdi
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!
Ruslar Donetskə aviazərbələr endirdi
“Elə ixtisaslar var ki, ölkəmizdə tanınmır“ - Deputat
Tehran və Bakı əməkdaşlığı ermənipərəst eksperti HİDDƏTLƏNDİRDİ
Samir Şərifova yeni vəzifə VERİLDİ
Bakıda memarlıq abidəsinə müdaxilə olunub?
Sabah hava necə olacaq?


21.01.2025  15:07 

Yazıçılığı çörəkçi peşəsinə dəyişdi





A+  A-

Yazıçı, tərcüməçi Nadir Qocabəyli peşəsini dəyişib.

Bu barədə yazıçının özü məlumat verib. Bildirib ki, bir ildən çoxdur işsiz olduğuna, tərcüməçilik, yazıçılıq və ictimai fəaliyyətin ona gəlir gətirmədiyinə görə, peşəsini dəyişmək qərarı verib.

Onun sözlərinə görə, bu məqsədlə həyətində öz gücünə və təkbaşına “Pompey sobası” (Kürə) tikib, çörək bişirib satmağa başlayıb: “Materiala çox pul xərcləmədim, zatən yoxdur və əsasən tullantı kərpiclərdən, həyətimdə çoxdan qalan qumdan, neçə il ərzində topladığım şüşə butulkalardan, çöldən daşıyıb gətirdiyim gildən və sairədən istifadə etdim. Bununla belə, pula yenə ehtiyac oldu. Çünki kürə üçün lazım olan odadavamlı daşlar çox bahadır. Eyni zamanda, sementi və digər bəzi materialları da almalı oldum. Bunun üçün yaxın qohumlardan borc istəməli, nişan üzüyümüzü və yoldaşımın son qızıl üzük-sırğasını girov qoyaraq bir qədər pul götürdüm. Nəticədə həm həyətimdə dar ayaqda ac qalmamaq üçün çörək bişirə biləcəyim bir kürəm oldu, həm də iki yeni peşə qazandım. Hazırda həm kürəçiyəm, yəni kürə usatası, həm də çörəkçi. Çünki təxminən 15 gündür çörək də bişirirəm. Kim istəsə, onun üçün də kürə tikə və çörək bişirə bilərəm”.

N.Qocabəyli deyib ki, çörəyi öz ailəsi üçün bişirir, lakin qonşuların xahişi ilə onlara da satır: “Günə 10 çörək satanda sevinirik. Bu isə cəmi 5 manat deməkdir. Onun yarısını xərclərə çıxanda yerdə 2 manat 50 qəpik qalır. Dolayısı ilə, xanımımla iki nəfərə gündə hərəmiz 1 manat qazanır, eyni zamanda öz çörəyimizi çıxarırıq. Bununla belə, ruhdan düşmür, bu biznesi böyütməyin xəyallarını qururuq. Düşünürük ki, təkcə çörək yox, peraşki, simit, xaçapuri, bulka və müxtəlif şirniyyatlar da bişirib sata bilərik. Ancaq bunun üçün gərək kürənin üstünü örtəm, ətrafında bir dükan qaraldam, iri pəncərələr qoyduram, reklam lövhələri asam ki, yoldan keçən maşınları da cəlb edə bilək. Çünki təkcə qonşulara ümid etməklə heç odunun və ya qazın pulunu çatdırmaq olmaz.
Qonşular kasıb olduqları üçün daha ucuz qidalanmağa üstünlük verir, daha çox zavod çörəyi alır, digər məmulatrlara pul xərcləyəcəkləri böyük sual altındadır. Bu gün uşaqların xahişi ilə kürədə pizza bişirdik. Əvvəllər duxovkada bişirdiyimizdən qat-qat ləzzətli və nəfis alındı. Bu təcrübəni də davam etdirmək istəyirik, ancaq dediyim kimi, gərək dükan olsun. Çatdırma təşkil edək. Yeri gəlmişkən xeyli araşdırma aparsam da, Bakıda pizza qutuları tapmaq müşkülə çevrilib. Bunun üçünsə sərmayə lazımdır. Banklar rəsmi iş yeri və girov olmadan kredit vermir. Borc istəyə biləcəyim dost-tanış, qohum əqrəba isə qalmayıb. Amma yenə də ümidliyəm. Necə deyərlər, Allaha təvəkkül”./Medianews.az



Xəbər 1862 dəfə oxunub.



23.01.2025  16:58 

Jurnalist Xəzər.TV-ni tənqid etdi

23.01.2025  13:35 

Sabah hava necə olacaq?

23.01.2025  13:27 

Aysunun ailəsi dağılıb?

23.01.2025  12:49 

İlham Əliyev Ərdoğana zəng etdi

23.01.2025  12:45 

Flora Kərimova məhkəmədə uduzdu


BÜTÜN XƏBƏRLƏR +