Rusiya ordusu Xersonu vurdu
Sabah hava necə olacaq?
Məşhur kosmetika mağazasında ƏDV fırıldağı
FTX məxfi sənədlər daşıyan azərbaycanlını sərhəddə saxladı
Yoxlanışa gələn hamilə Perinatal Mərkəzdə ölüb
Hüseyn Həsənovun Rusiyadakı şirkəti ləğv olundu
Bu ərazilər Azərbaycana qaytarılacaq – Paşinyan
Sumqayıtda silahlı insident yaşanıb
Rusiya Ukraynaya kütləvi aviazərbələr endirib
Ərəb turistlər Azərbaycan xalqından üzr istədi


20.08.2025  12:38 

Həbs, təzyiq, təcrid: Moskvanın azərbaycanlılara qarşı sistemli strategiyası





A+  A-

Artıq bir müddətdir ki, Rusiya öz ərazisində azərbaycanlıları dayanmadan təqib edir, onların Rusiya vətəndaşları olmasına baxmayaraq, əsassız ittihamlarla qanunsuz həbslər həyata keçirir. Aydındır ki, Moskva bunu Azərbaycanın müstəqil siyasətinə, inkişaf etmək və bütün ölkələrlə münasibət qurmaq cəhdlərinə görə qisas almaq məqsədilə edir və beləliklə, regionda “sabitlik” yaradılır.

Moskva regionda planlaşdırılan böyük layihələrdən kənarda qaldığı üçün narahatdır.

Bütün bunların nəticəsidir ki, Rusiyadakı azərbaycanlılar hədəfə çevrilib, onların həbsi artıq sistemli kampaniya formasında həyata keçirilir.

Həbs, işgəncə, deportasiya, iqtisadi təzyiq və medianın təzyiqi – hamısı sıxışdırmaq, qorxutmaq və parçalamaq məqsədi daşıyır. Bu, hüquq pozuntularına və cinayətkarlığa qarşı mübarizə deyil — bu, kimliyə qarşı mübarizədir.



Ssenari birdir: boğmaq, təcrid etmək və susdurmaq. Rusiya azərbaycanlı icmasını parçalayır, sistemli təzyiq göstərir.

Hər şey iyunda Yekaterinburqdan başladı, Ziyəddin və Hüseyn Səfərov qardaşlarının öldürülməsi və 50-dən çox şəxsin həbs olunması ilə. Səfərovlar işgəncə ilə öldürüldü. Məhkəmə olmadan, izah olmadan. Sağ qalan Vüqar Səfərov danışıb ki, hüquq-mühafizə orqanları evinə basqın edib, ona elektroşok verib və müxtəlif alətlər ilə döyüblər.

Və heç də təsadüfi deyil ki, rus hüquq-mühafizəçiləri ilk növbədə Azərbaycan icmasının liderlərini və iri sahibkarları təqib edir. Bu, həmvətənlərinə dəstək verən və iş yerləri yaradan strukturların sistemli məhv edilməsidir. Əvvəl Şahin Şixlinskinin, Uraldakı azərbaycan diasporunun rəhbərinin — ictimai xadimin, illərdir inteqrasiya, milli dialoq və miqrantlara yardım məsələləri ilə məşğul olan şəxsin həbs olunması. Onunla birlikdə oğlu Mutvalı Şixlinski də həbs edildi və polis əməkdaşına zor tətbiq etməkdə ittiham olundu — standart, şablon ittiham, tez-tez işləri saxtalaşdırmaq üçün istifadə olunur. Nə şəffaflıq, nə dəlil — yalnız güc və qorxutma.



Demək olar ki, eyni vaxtda Voronejdə Yusif Xəlilov həbs edildi — təsirli sahibkar, yerli Azərbaycan diasporunun lideri və şəhərin ən böyük bazarının sahibi. İttiham — şablon və tanış: «rüşvət vermə». Araşdırma üzrə, 2025-ci ilin martında Xəlilovun oğlunun hərbi xidmətə getməməsi üçün 330 min rublu həkimə verdiyi iddia olunur. Guya məbləğin bir hissəsi vasitəçi ilə, qalan 100 min isə karta köçürülüb.

Lakin Xəlilovun günahını sübut edən birbaşa və ya dolayı heç bir dəlil yoxdur. İttiham fərziyyələr və qeyri-müəyyən sxemlər üzərində qurulub, media isə Xəlilovu günahkar kimi təqdim edir, təqsirsizlik prezumpsiyasını pozur. Heç kim öz hərəkətlərinin qanunsuzluğunu gizlətməyə çalışmır, çünki məqsəd həqiqəti aşkar etmək deyil, nüfuzu məhv etməkdir. Xəlilovun həbs olunması korrupsiyaya qarşı mübarizə deyil, iş yerləri yaradan, icmanı dəstəkləyən və nüfuz sahibi olan insana zərbədir. Bu isə korrupsiya və zorakılıq içində olan sistem üçün təhlükə deməkdir.

Çelyabinsk vilayətindəki Azərbaycan icmasının rəhbəri Ərşad Xankişiyev həbs olunmayıb — onu başqa yolla sıxışdırıblar, Rusiya vətəndaşlığından məhrum ediblər, pasportunu ləğv ediblər və giriş qadağan ediblər. Xankişiyev sadəcə ictimai xadim deyil, dörd böyük şirkətin («Fruktdom», «Frut-Haus», «Nar Şərab», «Xəzər») təsisçisidir, burada əsasən azərbaycanlılar işləyirdi. O, həm də iki rəsmi milli-mədəni təşkilatın rəhbəri olub.



Və bu həbs və təzyiqlərdə təsadüf yoxdur, məqsəd azərbaycanlıları Rusiyada yaşamaq və inkişaf etmək imkanından məhrum etməkdir. Bu, icmanın iqtisadi və təşkilati mərkəzlərinə zərbədir. Bu, iş yerlərinin və strukturların sökülməsi ilə müşayiət olunan sıxışdırmadır. Bu, kimliyə qarşı mübarizədir. Səsə, resurslara, nüfuza sahib olan insanlara zərbələri görürük. Minlərlə azərbaycanlının çalışdığı iş yerlərinə zərbə vurulur. Bizneslər məhv edilir, müəssisələr bağlanır, icma əlaqələri pozulur. İnsanlar gələcəyindən məhrum edilir.

Məqsəd açıqdır: Rusiyadakı Azərbaycan diasporasını daxili dayağından məhrum etmək, parçalamaq, qorxutmaq və səssiz azlığa çevirmək. Biznes dağıdılır, mədəni platformalar təmizlənir, liderlər aradan qaldırılır.



Eyni zamanda — Ukraynadakı SOCAR infrastrukturlarına zərbələr də ard-arda baş verir. Hücumlar nəticəsində ondan çox yanacaq anbarı, nasos stansiyaları və operator otaqları məhv edilib. Azərbaycan SOCAR obyektlərinə zərbəni yalnız iqtisadi ziyan deyil, həm də siyasi təzyiq aktı hesab edir.

Aydındır ki, Moskva bununla dayanmayacaq, lakin bu, onun özü üçün daha pis nəticələr doğuracaq. Rusiya özünü düşmənlərlə əhatə etməyə qərar verib, amma bu, onu gücləndirməyəcək.

Musavat.com



Xəbər 765 dəfə oxunub.




21.08.2025  13:51 

Rusiya ordusu Xersonu vurdu

21.08.2025  13:26 

Sabah hava necə olacaq?

21.08.2025  11:43 

Narkotik qəbul edib qəza törətdi

21.08.2025  10:39 

Bu ərazidə işıq olmayacaq

20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı


BÜTÜN XƏBƏRLƏR +