Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO
Sərnişinlərə şad XƏBƏR: Bu tarixdən...
Suriya Prezidentinə qarşı sui-qəsd cəhdi
Hərbi salam verib, əlini sıxdı –VİDEO
“İmişlidə faciə: Həkimlərə təhvil verdik, evə çatanda xəbəri gəldi ki ölüb ”
Bakıda ağır qəza: Sürücü öldü -VİDEO
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi


31.10.2025  15:04 

Müavinləri də saxlanılıb? - RƏSMİ AÇIQLAMA





A+  A-

Ötən gün Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev saxlanılıb.

Mətbuatda onunla yanaşı bir neçə şəxsin də saxlanıldığı bildirilir. Saxlanılan şəxslər arasında icra başçısının müavinləri, rayonun baş memarının da olduğu qeyd olunub.

XəzərNews.az xəbər verir ki, Modern.az hadisə ilə əlaqədar Balakən Rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra başçısının köməkçisi Aydın Xoçbərov sualları cavablanıdırıb.

O qeyd edib ki, başçının müavinləri, köməkçiləri və baş memar işlərinin başındadır.

"Hər kəs öz işinin başındadır, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) apardığı əməliyyatlar zamanı yalnız icra başçısı İslam Rzayev saxlanılıb”, açıqlamada qeyd olunub.

Qeyd edək ki, icra başçısının birinci müavini Turan Dibirov, müavinləri Nəzakət Rüstəmova və Mehparə Nuriyevadır. Rayonun baş memarı isə Tahir Rəcəbovdur.

Xəbər 759 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi


BÜTÜN XƏBƏRLƏR +