Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb


11.03.2023  10:41 

Bakıda kriminal hesablaşma: “Brilyant” kimdir? - Video





A+  A-

Bu gün Bakının mərkəzində baş verən və iki nəfərin yaralanması ilə nəticələnən silahlı insident ətrafında müzakirələr davam edir.

XəzərNews.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, silahlı hücumun kriminal aləmdə “Brilyant” ləqəbi ilə tanınan Nicat Lənkəranskiyə qarşı təşkil olunduğu iddia edilir.

Hadisə zamanı yaralanan şəxslərin siyahısında Nicatın adına rast gəlinməsə də, videogörüntülərdə hücumun ona qarşı təşkilatlandığı açıq-aydın görünür.

Qeyd edək ki, Nicat Lənkəranski mediaya yad sima deyil. Belə ki, zaman-zaman onun barəsində mediada bir sıra məlumatlar yayılıb. O, ötən il Bakıda mərhum “Qanuni oğru” Rövşən Canıyevin yaxınlarına məxsus restoranların birində özünə toy etməsiylə gündəmə gəlmişdi. Nicatın idmanın boks növü ilə də məşğul olduğu bildirilir.
İnsidentlə bağlı globalinfo.az da maraqlı iddia ilə çıxış edib. Qeyd olunur ki, hadisənin baş verməsinə səbəb qan davasıdır. Belə ki, 2022-ci ilin oktyabrında Nicat İstanbulun Ataşehir qəsəbəsində “Emin Naxçıvanski” kimi tanınan Emin Qasımovun qardaşı Elnur Qasımovu Tural adlı killer vasitəsilə öldürtdürüb. Bundan sonra isə Emin qisas almaq qərarına gəlib və Nicatı aradan götürmək üçün killer tutub.




Xatırladaq ki, rəsmi məlumata görə, hadisə ilə əlaqədar cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Əlavə edək ki, son zamanlar Türkiyədə məskunlaşan Nicat Lənkəranskinin Bakıya çox az-az hallarda gəldiyi bildirilir.

Qeyd olunur ki, mərhum Rövşən Lənkəraniskinin ən sadiq adamlarından olan və sağlığında daha çox güvəndiyi Nicat Lənkəraniskiyə hazırda “oğru dünyasında” böyük rəğbət bəslənilir.



Nicat Lənkəranskinin mətbuata və ictimaiyyətə bəlli olan sonuncu “işlərindən” biri “Pervıy Ruslan” kimi tanınan Ruslan Əhmədlini İstanbulda üz-üzə gələrkən güllələməsi ilə yadda qalıb. “Pervıy Ruslan” ayağından 2, qolundan 1 güllə yarası almışdı.

Xəbər 4598 dəfə oxunub.




23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +