“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


21.05.2019  15:37 

Ukraynada Poroşenko ilə bağlı araşdırma başlanıldı





A+  A-

Ukraynanın Dövlət Araşdırmaları Bürosu sabiq prezident Petro Poroşenkoya qarşı mümkün dövlətə xəyanət faktı ilə bağlı araşdırmaya başlayıb.
XəzərNews.az-ın xəbərinə görə, bu barədə büronun direktorunun birinci müavini Olqa Vartsenko feysbuk hesabında məlumat yayıb.

Onun sözlərinə görə, söhbət 25 noyabr 2018-ci ildə Ukrayna Hərbi Dəniz Donanmasının gəmilərinin Qara dənizdən Azov dənizinin Kerç boğazına keçidi ilə bağlı insidentdən gedir.

Poroşenko ilə bağlı büroya bir müddət öncə Kiyevə qayıdan Ukrayna Prezidenti Administrasiyasının rəhbərinin keçmiş müavini Andrey Portnov müraciət edib.

O, eks-prezidentin vəzifəsi dövründə ölkədə hərbi vəziyyət tətbiq etməyə çalışmaqla, ukraynalı dənizçiləri Kerç boğazına göndərərək onları qurban verməklə dövlətə xəyanət etdiyini bildirib.

Xəbər 1675 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +