Leylanın uğuru - O, ilk azərbaycanlıdır ki...
Qəzadan sonra xuliqanlıq edənlər SAXLANILDI
DİN İmişlidəki qəzanın görüntülərini yaydı - VİDEO
Naxçıvanda hamilə qadın və körpəsi öldü
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim GİZLƏDİB?
Suriyadakı səfirliyimiz bərpa olunacaq
İmişlidə maşın üç məktəblini vurdu: Ölən VAR
Azərbaycandan Qorbaçovla bağlı Nobel Komitəsinə MÜRACİƏT
QHT sədri qəza törətdi: Ölən VAR
Hakan Fidan Bakıya gəldi


22.12.2017  09:25 

Hotellərin “Qara siyahı”sı hazırlandı





A+  A-

Azərbaycanda turizm sənayesi iştirakçılarının ilkin "qara siyahı"sı artıq hazırdır.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib. N.Bağırov bu siyahının ictimaiyyət üçün açıq olmadığını, yalnız AzTA-nın üzvləri üçün nəzərdə tutulduğunu söyləyib.

O qeyd edib ki, siyahıya artıq 10 fiziki və hüquqi şəxs daxil edilib. Sistemə yalnız turistləri aldadan turizm şirkətləri deyil, şirkətləri, hotelləri aldadan müştərilər də daxil edilib:

"Elə turistlər var ki, onlar şirkətləri aldadırlar, hansısa xidmətdən istifadə edirlər, amma pulunu vermirlər. Hansısa hotel və turizm şirkəti ilə problemləri olan, onları aldadan bir neçə şəxsin adı artıq bu siyahıya daxil edilib. Həmin şəxslər ölkəyə girişinə qadağa qoyulan şəxslər deyil və yerli turistlərdir".

Oxşar təcrübənin artıq "Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən tətbiqi edildiyini və onların da "Arzuolunmaz şəxslər" siyahısının olduğunu deyən N.Bağırov bildirib ki, AzTA-nın istənilən üzvü siyahıya məlumat daxil edə bilməz. Hər hansı neqativ hala yol verənlər barədə məlumat sistemə daxil edilməmişdən əvvəl həmin məlumat AzTA-nın komitələri tərəfindən tam araşdırılır.Əsaslı nəticələr olduğu halda məlumat verilən şirkət və şəxs haqqında məlumatlar sistemə daxil edilir.

N.Bağırov qeyd edib ki, "qara siyahı"nın hazırlanması oraya daxil edilən şəxslər barəsində inzibati tədbirlərin görülməsi demək deyil. Siyahının hazırlanmasında əsas məqsəd AzTA üzvlərini dələduzluqla məşğul olan, xoşagəlməz hallara yol verən turizm sənayesi üzvləri barədə məlumatlandırmaqdır.

Qeyd edək ki, Azərbaycan Turizm Assosiasiyası 2009-cu ildən fəaliyyət göstərir və onun aktiv üzvlərinin sayı 100-ə yaxındır. AzTA üzvləri ölkənin turizm sənayesində aktiv fəliyyət göstərən müəssisələrdir.

Xəbər 1750 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.01.2025  11:57 

Prezident Hakan Fidanı qəbul etdi

18.01.2025  11:06 

Hakan Fidan Bakıya gəldi

18.01.2025  10:16 

Sürücülərin nəzərinə!

17.01.2025  18:14 

Bakıda restoran YANDI


BÜTÜN XƏBƏRLƏR +