Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


03.12.2025  16:36 

Türkiyə Gültəkin Hacıbəylini niyə Bakıya göndərmir?





A+  A-

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli 29 noyabrda İstanbulda polis bölməsinə aparılıb və noyabrın 30-u səhər saatlarında Arnavutköy deportasiya məntəqəsinə yerləşdirilib. Onun Azərbaycana deport ediləcəyi bildirilsə də, indiyə qədər bu addım atılmayıb.

XəzərNews.az xəbər verir ki, İstanbulda yaşayan və adının açıqlanmasını istəməyən hüquq müdafiəçisinin Axar.az-a verdiyi məlumata görə, Arnavutköy deportasiya məntəqəsi olduqca böyük yerdir və deport edilməsi nəzərdə tutulan müxtəlif ölkələrin vətəndaşları ora göndərilir.

“Əgər şəxs deport olunmasına etiraz edirsə, ona 15 gün müddətində özünü müdafiə etmək hüququ verilir. Ehtimal ki, Gültəkin Hacıbəyli deport olunmasına etirazını bildirib və bu istiqamətdə hüquqi proseduralar işə düşüb. Onun vəkilləri 15 gün ərzində Gültəkin Hacıbəylinin niyə deport olunmaması gərəkdiyini sübut etməlidirlər”, - mənbə bildirib.

Qeyd edək ki, Gültəkin Hacıbəyli Türkiyəyə 25 sentyabrda getdiyini, 3 aylıq müddətin 25 dekabrda tamam olduğunu (Azərbaycan vətəndaşları Türkiyədə vizasız 3 aylıq qalma hüququna malikdir), eyni zamanda, 2 illik oturum iznini əsas gətirərək, deportasiya olunmasını qanunsuz saymışdı.

Miqrasiya məsələləri üzrə ekspertlər isə bildirirlər ki, Gültəkin Hacıbəyli siyasi sığınacaq üçün müraciət etmədiyindən, onun Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusuna cavab olaraq deportunda qanunsuzluq yoxdur.

Xəbər 1345 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +