Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


19.11.2025  18:42 

Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”





A+  A-

Parlamentdə dövlət büdcəsinin müzakirələri davam edir. Nazirlərin təqdimatlarında optimist rəqəmlər səslənsə də, ekspertlərin fikrincə, xərclərin gəlirləri üstələməsi tendensiyası qalmaqdadır.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib.

Politoloq Elxan Şahinoğlu bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra azad olunan ərazilərin yenidən qurulması böyük maliyyə yükü yaradır və hazırda bu yükün tamamı Azərbaycanın üzərindədir. Onun sözlərinə görə, heç bir dövlət və beynəlxalq maliyyə qurumu həmin ərazilərin bərpası üçün kredit ayırmır.

Ekspert 2026-cı ildə büdcə xərclərinin 8,4 faizinin – yəni 3,5 milyard manatın məhz azad olunmuş bölgələrin bərpasına yönəldiləcəyini xatırladıb.

E.Şahinoğlu əlavə edib ki, eyni zamanda ölkənin gəlirlərini artırmaq istiqamətində də ciddi düşünülməlidir, kənd təsərrüfatında gözlənilən sıçrayışın müşahidə olunmadığını deyən politoloq, insanların torpaqları qoyub böyük şəhərlərə köçməsinin narahatedici tendensiya olduğunu vurğulayıb.

Onun fikrincə, kəndlərdə daha əlverişli şərait və qazanc imkanı yaradılsa, urbanizasiya bu qədər sürətli olmazdı.

Ekspert həmçinin quru sərhədlərinin bağlı qalmasının iqtisadi və sosial fəsadlar yaratdığını bildirib. Onun sözlərinə görə, sərhədlərin daimi bağlı saxlanması mümkün deyil və təhlükəsizlik məsələlərini sərhədlər açıq olduqda da idarə etmək mümkündür:

“Tramp yolunun əhəmiyyətindən danışırıqsa, qonşu ölkələrlə sərhədlərin açılması daha da aktuallaşır. Həmsərhəd rayonların sakinləri də buna ciddi tələbat hiss edir. Sərhədlərin açılması ticarətin yenidən canlanmasına böyük töhfə verər”, – deyə o qeyd edib.

Xəbər 1333 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +