Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


28.09.2017  12:14 

Dünən metrodan 1 saata 25 min adam istifadə edib





A+  A-

Dünən axşam saat 22:00-23:00 aralığında “Koroğlu” metrostansiyasından 25 mindən çox sərnişin istifadə edib.
Bu barədə məlumatı "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev verib.

O bildirib ki, həm işdən qayıdan, həm də oyuna baxmaq üçün gedən sərnişinlər metrodan istifadə etdiyi üçün 18:00-20:00 aralığında bir neçə stansiyada həddindən artıq sıxlıq olub. Oyundan sonra isə saat 22:00-23:00 aralığında isə sadəcə “Koroğlu” metrostansiyasında sıxlıq müşahidə olunub:

“Əvvəlcədən elan etdiyimiz kimi oyunla əlaqədar gücləndirilmiş iş rejimində idik. Odur ki, tədbirlər planına əsasən bəzi hallarda platformada yaranacaq sıxlığın qarşısını almaq üçün sərnişinlərin girişinə məhdudiyyətlər qoyulub. Hətta bir ara turnikedlərdə hədsiz sayda sərnişin olduğu üçün pulsuz keçənlərə də icazə verilib. Bir qisim sərnişini kənardan keçirmişik. Ancaq ümumi götürdükdə hər hansı bir xoşagəlməz hal baş verməyib. Statistik rəqəm də ondan ibarətdir ki, “Koroğlu” metrostansiyasına 1 saat ərzində 25 mindən çox sərnişin daxil olub”.

(qafqazinfo.az)

Xəbər 3260 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +