Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


13.07.2021  18:32 

6 aya 1 ton heroin, 184 kq “patı” aşkar edilib





A+  A-

Son günlər sosial şəbəkələrdə narkotik çəkənlərin sayının artmasından narahatlıq çağırışları və narkotikin təsiri altında özünü idarə etmək qabiliyyətini itirmiş insanların, xüsusən də yetkinlik yaşına çatmayanların videoları geniş yayılır.
Daxili İşlər Nazirliyi açıqlama verərək “patı” adlanan narkotikin daha çox sosial şəbəkələr vasitəsilə satıldığını bildirib və bununla mübarizəyə hər kəsin qoşulmasının vacibliyini elan edib.

DİN Mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, 2021-ci ilin 6 ay 11 günü ərzində polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ton 213 kiloqram narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb:

“Onlardan 1 ton 20 kiloqramı heroin, 184 kiloqramı metamfetamin (“patı” - red.), 144 kiloqramı tiryək, 764 kiloqramı marixuana olub. Qalanları isə digər növ narkotik vasitələrə aiddir.

Bu faktlarla bağlı 4066 cinayət işi başlanılıb, onlardan 191-i narkotik vasitələrin kultivasiyası ilə bağlı olub”.

Xəbər 2129 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +