Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


20.05.2017  12:08 

Azərbaycan Çinlə rəqabətə girəcək - Suvenir bazarında





A+  A-

Ailə Biznesinə Asan Dəstək (ABAD) xidməti Azərbaycanda suvenir istehsalçılarına Çin məhsulları ilə rəqabət apara biləcək brend məhsulları formalaşdırmağa kömək edəcək.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində ABAD publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev deyib.

Onun sözlərinə görə, bu xidmət ailə biznesinin yaradılmasında insanlara kömək göstərir: “Biz ailə biznesinin dirçəlməsinə yardım edirik və sahibkarları bütün mərhələlərdə dəstəkləyirik. Bu məsələdə vacib məqam odur ki, biz idxal məhsullarına alternativ yaradırıq. Bizim müştərilərimizin hazırladığı bütün məhsullarda yüksək keyfiyyətin təminatçısı – ABAD leyblı olacaq”.

O qeyd edib ki, ABAD yaxın zamanlarda Heydər Əliyev Beynəlxalq Hava Limanının “Duty Free” zonasında ailə müəssisələri tərəfindən hazırlanmış suvenirlərin satışı üçün mağaza açmağı planlaşdırır.

R.Elçiyevin sözlərinə görə, ABAD-ın ilk mağazası İçərişəhər ərazisində fəaliyyətə başlayıb: “Bizim məhsullarımızı əsasən turistlər alır, amma yerli sakinlər, xüsusilə də başqa ölkələrə öz yaxınlarının və dostlarının yanına gedənlər də onlara maraq göstərir”.

O qeyd edib ki, ABAD-ın planları arasına “ABAD Store” onlayn-mağazasının açılması da daxildir. Bundan başqa, saytın müştəriləri üçün alınan məhsulların evə çatdırılması xidmətinin də işə salınması nəzərdə tutulur.

R.Elçiyev onu da qeyd edib ki, ABAD ailə biznesinə məhsulların ölkə xaricinə ixrac olunmasında kömək etməyə də hazırdır: “Azərbaycan bazarı böyük deyil. Biz başa düşürük ki, gec və ya tez müştərilərimizin ailə biznesi böyüyə və ixrac səviyyəsinədək çata bilər. Bu halda onlara öz məhsullarını xaricə ixrac etməyə kömək göstərəcəyik”.

Qeyd edək ki, “ABAD” publik hüquqi şəxs Azərbaycan Prezidentinin 23 sentyabr 2016-cı il tarixli fərmanı ilə yaradılıb və ilkin mərhələdə pilot layihə olaraq Masallı rayonunda fəaliyyətə başlayıb. Məqsəd kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.

Xəbər 1359 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +