Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


14.05.2017  11:23 

İdxal edilən balıq növlərinə nəzarət artır





A+  A-

Nazirlər Kabineti “Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması Qaydaları”nı təsdiq edib.
XəzərNews.az-ın Nazirlər Kabinetinin saytına istinadən verdiyi xəbərə görə,bu qaydalar balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması qaydalarını müəyyən edir.

Eyni zamanda Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi balıq və digər su bioresurslarının bu və ya digər növünün əvvəllər mövcud olmadığı balıqçılıq su obyektinə köçürülməsi və onun yeni populyasiyasının yaradılmasını nəzərdə tutur.

Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi akvakulturanın tərkib hissəsidir və balıq və digər su bioresurslarının məhsuldarlığının artırılması məqsədini daşıyır. Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi ixtisaslaşdırılmış dövlət balıqartırma müəssisələri və balıqçılıq obyektlərinin artırılması, yetişdirilməsi, istifadəsi, qorunması, habelə balıq məhsullarının istehsalı və saxlanması ilə məşğul olan və bu işlərin aparılması üçün müvafiq texniki imkanlara malik hüquqi və fiziki şəxslər (balıqçılıq subyektləri) tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınmış bioloji və texnoloji əsaslandırma çərçivəsində həyata keçirilir. Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi işlərini əhatə edən bioloji və texnoloji əsaslandırmanın qeydiyyatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən və tərkibində bu nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətini, Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətini, Azərbaycan Milli Elmlər Akademiyasını təmsil edən nümayəndələrindən ibarət Elmi-Texniki Şurasının qərarı əsasında aparılır. Təbii balıqçılıq su obyektlərinə onların çıxışının maneələrlə məhdudlaşdırılmadığı şəraitdə (açıq şəraitli akvakultura) balıq və digər su bioresurslarının iqlimləşdirilməsinin həyata keçirilməsinə yol verilmir. Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi balıq və digər su bioresurslarının təbii balıqçılıq su obyektlərində olan aborigen növlərinın populyasiyasının vəziyyətinə və onların məskunlaşdığı mühitə, miqrasiya və çoxalma şəraitinə mənfi təsir göstərməməlidir. Xəzər dənizində balıq və digər su bioresurslarının iqlimləşdirilmənin həyata keçirilməsi ilə əlaqədar bioloji və texnoloji əsaslandırma qeydiyyata alınarkən Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmalıdır. Xəzər dənizində iqlimləşdirilmə məqsədi ilə nərə cinsli və digər qiymətli balıqların yeni növlərinin buraxılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və müvafiq elmi tədqiqat müəssisələrinin alimlərinin və yüksəkixtisaslı mütəxəssislərin nəzarəti altında, məqsədli dövlət proqramları əsasında həyata keçirilir.

Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi üçün endemik, genetik modifikasiya olunmuş və toksiki növ balıq və digər su bioresurslarından istifadəyə yol verilmir. Balıqçılıq subyektləri balıq və digər su bioresurslarının iqlimləşdirilmə məqsədi ilə su obyektlərinə buraxılması tədbirlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyinın balıq mühafizə qurumlarının,Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirirlər. Balıqçılıq subyektləri tərəfindən iqlimləşdirilmə məqsədi ilə yetişdirilmiş və ya Azərbaycan qanunvericiliyinə uyğun olaraq idxal edilmiş canlı balıq, mayalanmış kürü və digər su bioresursları qeydiyyata alınmış bioloji və texnoloji əsaslandırmada müəyyən olunmuş karantin balıqçılıq təsərrüfatı təcridxanalarında (hovuzlarında, qurğularında və digər uyğunlaşdırılmış yerlərdə) saxlanılmalıdır və balıqçılıq subyektinin karantin balıqçılıq təsərrüfatı təcridxanalarından digər balıqçılıq su obyektlərinə (onların bir hissəsinə) köçürülməsi baytarlıq-sanitariya nəzarəti altında həyata keçirilir. İqlimləşdirilmə məqsədi ilə Azərbaycana idxal edilmiş balıq və digər su bioresursları karantin təcridxanalarında bioloji tələbatları və biotexnoloji xüsusiyyətləri nəzərə alınmaqla saxlanılır. Müxtəlif növdən və yaşdan, müxtəlif vaxtlarda müxtəlif ölkələrdən gətirilmiş balıq və digər su bioresurslarının karantin balıqçılıq təsərrüfatı təcridxanalarında birlikdə saxlanmasına yol verilmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti öz səlahiyyət istiqamətlərinə uyğun balıqçılıq subyektlərinin balıq və digər su bioresurslarının iqlimləşdirilməsini aşağıdakı hallarda məhdudlaşdırırlar:

- bioloji və texnoloji əsaslandırma və ekoloji təhlükəsizlik üzrə tələblər pozulmaqla balıq və digər su bioresurslarının iqlimləşdirilməsi həyata keçirildikdə;

- iqlimləşdirilmə obyektlərinin baytarlıq-sanitariya və sanitar-epidemioloji norma və qaydalarının pozulması ilə daşınması müəyyən edildikdə və bioloji və texnoloji əsaslandırmada müəyyən olunmamış balıqçılıq su obyektlərinə buraxıldıqda;

- bioloji və texnoloji əsaslandırmada müəyyən olunmayan təbii su obyektlərinə balıq və digər su bioresurslarının iqlimləşdirilmiş növlərin düşməsi təhlükəsi yaradıldıqda;

- balıq və digər su bioresurslarının iqlimləşdirilməsi nəticəsində su obyektinin vəziyyəti təbii mühitə və insan sağlamlığına təhlükə doğurduqda;

- balıq və digər su bioresurslarının iqlimləşdirilməsi çərçivəsində təbii su obyektlərinə axıdılan suyun ekoloji və sanitariya normalarına uyğun olmadığı müəyyən edildikdə;

- balıqçılıq subyektlərinin fəaliyyəti nəticəsində iqlimləşdirilən balıq və digər su bioresursları kütləvi məhv olunduqda.

İqlimləşdirilən balıq və digər su bioresurslarının su obyektlərinə daşınması zamanı istifadə edilən qablardakı su balıqçılıq su obyektləri ilə əlaqəsi olmayan yerlərə boşaldılmalıdır.

Xəbər 1560 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +