İcma bəyanat YAYDI
“Turan Tovuz“ 20 min manat cərimələndi
Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırıldı
Tramp Makronu qarşılamağa ÇIXMADI -VIDEO
XİN-dən Fransa səfirinə CAVAB
Dilan Çıtak ilə Levent Dörter boşanır?
Zelenski Aİ ölkələrini Rusiyaya qarşı birləşməyə çağırdı
Ukraynanın Aİ-yə daxil olmasını sürətləndirək - Nauseda
Türk dilində kitab payladığı üçün HƏBS EDİLDİ
Bu qurum aldığı zibil qablarının pulunu ödəmir


30.10.2019  16:52 

Yeni ildən enerji içkilərin satışı yeni qaydalarla tənzimlənəcək





A+  A-

Yanvarın 1-dən ölkəmizdə “Enerji içkilərinə dair müvəqqəti sanitariya normalari və qaydaları” qüvvəyə minir.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən XəzərNews.az-a məlumat verilib.

Bildirilir ki, AQTA tərəfindən hazırlanan yeni qaydalar bu məhsulların minimum keyfiyyət göstəriciləri və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qablaşdırılması, etiketlənməsi, daşınması və saxlanmasına, həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir. Məqsəd enerji içkilərinin insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin, istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunmasıdır. Bu qaydalar tərkibində insanın mərkəzi sinir sisteminə stimullaşdırıcı və ya antisedativ təsir göstərən enerji içkilərinə şamil edilir.

Tələblərə əsasən kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktlarının ən azı 2-i içkinin təkibində varsa, həmin içki enerji içkisi hesab olunur. Tərkibində bu komponentlərdən yalnız kafein istifadə edilərsə, onun miqdarı 15 mq/100 ml-dan artıq olduqda həmin içkilər də enerji içkisi sayılır. Enerji içkilərinin 100 ml-də kofeinin maksimum miqdarı 32 mq, taurin maksimum miqdarı 400 mq, inozitol 20 mq, qlükoronolakton 250 mq, kreatinin maksimum miqdarı isə 1 mq müəyyən edilib. Enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilmir. Sənəddə göstərilir ki, bu içkilərin tərkibində karbohidratların kütlə payı 11%-dən, qablaşdırma vahidində məhsulun həcmində yol verilən mənfi kənaraçıxmalar isə 3%-dən artıq olmamalıdır. Enerji içkiləri 0°C – 18°C temperaturda daşınmalı və saxlanmalıdır.
Enerji içkilərinin etiketlərində mütləq “enerji içkisi”, “tərkibində GMO yoxdur”, “Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir", “18 yaşdan aşağı şəxslərə satışı qadağandır”, "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur”, "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazıları qeyd edilməlidir.

2020 - ci ilin 1 yanvar tarixindən ölkə ərazisində enerji içkilərinin istehsalı və idaxlı müvafiq norma və qayadalara uyğun olaraq tənzimlənəcək. Tələblərə cavab verməyən məhsulların ölkəyə idxalına və istehsalına qadağa qoyulacaqdır.

Qeyd edək ki, yeni qaydalar təbii çay, qəhvə, habelə təbii çay və qəhvə ekstraktı əsasında hazırlanan alkoqolsuz içkilərə, eləcə də idmançılar üçün nəzərdə tutulan xüsusi içkilərə şamil olunmur.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində ən sərt tədbirlər həyata keçirəcək.

Xəbər 1536 dəfə oxunub.



25.02.2025  11:46 

Məşhur aktyor ata olacaq

25.02.2025  11:35 

“Yalı çapkını“na QAYIDIR

25.02.2025  11:02 

FHN əhaliyə müraciət etdi

25.02.2025  10:30 

İcma bəyanat YAYDI

25.02.2025  10:10 

Hüseyn Kadırovla görüşdü

24.02.2025  17:34 

XİN-dən Fransa səfirinə CAVAB

24.02.2025  17:31 

Azərbaycan Estoniyanı təbrik etdi

24.02.2025  17:08 

Aydın İmrani vəfat etdi

24.02.2025  16:58 

Özcan Dəniz angioqrafiya olacaq

24.02.2025  16:48 

Məşhur müğənniyə nə olub?


BÜTÜN XƏBƏRLƏR +