Mariana Vasilyeva daha bir vəzifəsini İTİRDİ
Qoşqar Təhməzli tenderi keçmiş işçisinə verdi
Ər-Riyad görüşü başladı - Foto
Bu “zon“un rəisi işdən çıxarıldı
Polşada azərbaycanlı itkin düşüb
İlham Əliyev yenidən MOK-un prezidenti seçildi
Meloni Paris görüşündən niyə narazıdır?
Benzia “Qarabağ”dan gedir? -VIDEO
Böyük Britaniya Ukraynaya qoşun göndərə bilər
Rus ordusu Kirovoqradı vurdu


20.12.2021  21:20 

Ümid edirəm qanun layihəsi bu formada Prezident tərəfindən imzalanmaz





A+  A-

Düzü, həqiqətən anlamıram ki, bu cür tələskənliyə səbəb nədir?

Milli Məclisin bu gün keçirilən iclasında “Media haqqında” qanun layihəsi artıq ikinci oxunuşda təsdiqlənib.

Cəmi 6 gün öncə birunci oxunuşdan keçmişdi.

“Media haqqında” qanun layihəsi 9 fəsil, 78 maddədən ibarətdir.

Əslində isə, bu qanun 3 qanun layihəsinin, KİV haqqında, Teleradio haqqında və Onlayn media haqqında qanun layihələrinin birləşməsindən ibarətdir.

Yəni, 3 qanun layihəsinin birləşməsi olan, yetərincə həcmə malik bir layihəyə bir neçə saat sərf olunmaqla artıq əsas oxunuşlardan keçib.

Cəmiyyətin bütün təbəqələrinin maraq dairəsində olan bu tip layihənin, qapalı formada hazırlanaraq, dərhal müzakirəyə çıxarılması, ildırım sürətli oxunuşlar anlaşılmaz və düşündürücüdür.

Görən tələskənliyə səbəb nədir ?

Yeri gəlmişkən, bu qanun layihəsi Avropa məkanında ilk dəfə olaraq İnternet TV-lərin nəinki qeydiyyatı, hətta daha mühafizəkar yanaşma olan lisenziyalaşma tələbini irəli sürüb.

Prezident Azərbaycan İnternetin tam azad olması ilə bağlı tez-tez açıqlamalar verir.

Bu baxımdan ümid edirəm qanun layihəsi bu formada qəbul edilməz, Prezident tərəfindən imzalanmaz.

Xatırladıram ki, Avropa qurumları və bir çox təsisatlar tərəfindən yüksək qiymətləndirilən "İnformasiya əldə etmək haqqında" Qanunu 3-4 ilə güclə qəbul edə bilmişdik.

Görünür xeyli irəliləmişik, əvvəllər 3 ilə qəbul edilən qanunları indi 3-4 günə həll edə bilirik.

Osman Gündüz

Xəbər 5513 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.02.2025  13:16 

Nazirlik əhaliyə müraciət etdi

18.02.2025  12:40 

Ev uçdu: Xəsarət alanlar var

18.02.2025  11:26 

Rus ordusu Kirovoqradı vurdu

18.02.2025  10:00 

XİN Qambiyanı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +