Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi


07.10.2025  00:07 

Gürcüstanda azərbaycanlı məktəbliyə xəsarət yetirilib





A+  A-

Gürcüstanın Kaspi rayonunun azərbaycanlıların yaşadığı Ferma kəndində məktəb ərazisində insident baş verib.

XəzərNews.az APA-ya istinadla xəbər verir ki, 6-cı sinif şagirdi olan 12 yaşlı azərbaycanlı kəsici-deşici alətlə əlindən xəsarət alıb.

Yayılan məlumatlara əsasən, məktəbliyə xəsarəti həmyaşıdı yetirib.

Ferma sakinlərinin sözlərinə görə, məktəb rəhbərliyi insidenti gizlətməyə çalışıb və hadisə barədə polisə məlumat verməyib.

Yeniyetməyə xəstəxanada tibbi yardım göstərilib. O, artıq evə buraxılıb, vəziyyəti stabildir.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı qəsdən sağlamlığa yüngül xəsarət yetirmə maddəsi ilə araşdırma aparılır.

Xəbər 1701 dəfə oxunub.



08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +