Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


09.10.2023  21:13 

Bakı-Təl-Əviv-Bakı reysi ləğv edildi





A+  A-

İsraildə, o cümlədən "Ben Gurion" Beynəlxalq Hava Limanının ərazisində qeyri-sabit vəziyyət və raket hücumları ilə əlaqədar "Azərbaycan Hava Yolları" aviaşirkətinin oktyabrın 10-a planlaşdırılan Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə reysi ləğv edilib.

Xəzərnews.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi aviaşirkətin ən yüksək prioritetidir.

Xatırladaq ki, AZAL-ın Təl-Əvivdəki “Ben Gurion” Beynəlxalq Hava Limanına və əks istiqamətdə reyslərinin sərnişinlərinə oktyabrın 7-dək əldə edilmiş, uçuş tarixi oktyabrın 8-dən noyabrın 1-dək olan aviabiletlərin dəyərinin 30 noyabr 2023-cü il tarixi daxil olmaqla “involuntary” proseduru çərçivəsində geri qaytarılmasına və ya istənilən digər tarixlərə yenidən bronlaşdırılmasına icazə verilir.

Növbəti uçuşlar haqqında məlumat ictimaiyyətə KİV və aviaşirkətin rəsmi sosial şəbəkə səhifələri vasitəsilə əlavə olaraq təqdim ediləcəkdir.

Həmçinin əlavə məlumat əldə etmək üçün sərnişinlərə [email protected] elektron ünvanı vasitəsilə "Azərbaycan Hava Yolları"nın çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.

Xəbər 3326 dəfə oxunub.




05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +